Həzrət Əli (ə) ah çəkən Cabir (r) üçün dünya ləzzətlərini belə vəsf etdi
Mьəllif: admin1
Tarix: 14-01-2019, 10:25
Həzrət Əli (ə) ah çəkən Cabir (r) üçün dünya ləzzətlərini belə vəsf etdi
Həzrət ona buyurdu: Ey Cabir! Nə üçün belə ah çəkirsən?! Dünyaya görədirmi?

Cabir dedi: Bəli.

Əli (ə) buyurdu: Ey Cabir! Dünya ləzzətləri yeddi növdür:

Yeməlilər, içməlilər, libas, evlilik və cinsi yaxınlıq, minik vasitələri, iyləmələr və eşitmələr.

Dünyanın ən ləzzətli yeməyi baldır. Bu bir həşarətin ağız suyudur.

Ən yaxşı işməlisi sudur. O isə çoxdur və cərəyan edərək yer üzündə insanların ehtiyacını ödəyir. Bu da ki, ah və həsrət istəmir.

Dünyanın ən yaxşı libası ipəkdir. O isə bir qurdun ağız suyundan ibarətdir.

Ən yaxşı (düzgün) cinsi əlaqə qadınla olandır. O da iki sidik gələn üzüvün bir-birinə daxil olmasıdır. Camaatın qadınla evlənməkdə ən yaxşı məqsədi, onlarda olan ən pis üzüvə görədir.

Ən yaxşı minik atdır. O da ki, sahibini yerə çırparaq qətlə yetirir.

Ən yaxşı iyləməli müşkdür. O da bir heyvanın (ceyranın) göbəyində olan xarab olmuş qandan başqa bir şey deyil.

Ən yaxşı eşitməli avaz ğinadır. O da ki, haramdır.

Elə isə ləzzətləri bu cür olan bir dünyaya, əli çatmadığına görə heç bir ağıllı şəxs ah çəkməz.

Cabir deyir: “Allaha and olsun, Əli (ə) dünyanın ləzzətlərini mənim üçün belə təsvir etdikdən sonra bir daha dünya və onun ləzzətləri mənim nəzərimdə cilvələnmədi. Daha dünyanın həsrətini çəkmədim. ("Biharul-Ənvar", c. 75 , səh. 11)

Qeyd: Cabir ibn Abdullah Peyğəmbərin (s) hörmətli səhabələrindən olmuşdur. "Peyğəmbərimiz nigarandır" kitabında bu rəvayətdən sonra yazılır: ... "Cabirin ah çəkməsinə səbəb dünyanın bər-bəzəyi, keçici ləzzətləri deyil, maddi çətinlikləri olmuşdur".
(“İslaminSesi”)

Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031