Peyğəmbər (s) Cabir ibn Abdullah Ənsarinin yeddi yuxusunu mənalandırması
Mьəllif: admin1
Tarix: 6-11-2023, 11:26
Peyğəmbər (s) Cabir ibn Abdullah Ənsarinin yeddi yuxusunu mənalandırması
Cənnətül-Aliyyə kitabında mötəbər mənbələrdən Həzrət Əli (ə)-dan rəvayət olunub ki, bir gün Həzrəti Rəsuli-Əkrəm (s) öz səhabələrinin arasında oturub ağlıyırdı. Səhabələr o həzrətdən (s) Ya Rəsulallah!

Nə üçün ağlayırsan deyə soruşduqda həzrət buyurdu: Bu saat Cabir ibn Abdullah Ənsari gələcək və gördüyü yeddi yuxunun yozumunu məndən soruşacaq.

Cabirin yuxuları məni ağlatdı. Elə bu söhbət əsnasında Cabir gəlib çıxdı. Həzrət (s) buyurdu: “Ya Cabir! Gördüyün yuxuları deyirsən? Yoxsa mən bəyan edim?”

1-Cabir ərz etdi: Canım sənə fəda olsun Ya Rəsullallah! Siz bəyan edin. Həzrət (s) buyurdu: “Ya Cabir! Birinci yuxuda gördün ki, Zərdli bütlər gümüşdən düzəldilmiş taxtlarda oturublar.”

Ərz etdi: Elədi ki var Ya Rəsullallah! Həzrət (s) buyurdu: “Yozumu budur: Axirəz-zamanda kafirlər müsəlmanlara qalib gələrlər.

2-İkinci yuxuda gördün ki, kök inəylər otlayırlar, lakin heçnə ifraz etmirlər. Cabir ərz etdi: Elədir ki, var Ya Rəsullallah!

Həzrət (s) buyurdu: “Yozumu budur ki, mənim ümmətim üçün bir zaman gələr zalım padişah onların mal-dövlətini zülm ilə mənimsiyər və xeyir işlərdə xərcləməz.

3-Üçüncü yuxuda gördün ki, kök atlar otlayır, amma heçnə ifraz etmirlər. Cabir ərz etdi: Elədir ki, var Ya Rəsullallah!

Həzrət (s) buyurdu: “Yozumu budur ki, Mənim ümmətim üçün bir zaman gələr imkanlılar və varlı adamlar Allahın malını yeyər, yoxsulları məhrum edərlər.

4-Dördüncü yuxuda gördün ki, böyük bir hovuz var, lakin onda su yoxdur. Bununla belə onun ətrafında çoxlu yaşıl otlar bitmişdir. Cabir ərz etdi: Bəli, elədir ki, var Ya Rəsullallah!

Həzrət buyurdu: “Yozumu budur ki, ümmət arasında çoxlu alimlər tapılar, hündür kürsülərdə oturub gözəl danışar və gözəl bilərlər, ancaq özləri ona əməl etməzlər.

5-Beşinci yuxuda gördün ki, Xəstələr sağlam insanların başına yığışıblar. Cabir etdi: Elədir ki, var Ya Rəsullallah! Həzrət (s) buyurdu: “Yozumu budur ki, o zamanın yoxsulları xəstə, imkanlıları da sağlam hesab olunurlar. Yoxsullar öz hüquqlarını almaq üçün onların saraylarının qapısının ağzına yığışırlar.

6-Altıncı yuxuda gördün ki, göydən ağ bir parça asılıb. Hər kəsin də əlində o parçadan bir qədər vardı. Onlardan hər biri mənim əlimdəki parça başqalarının parçasından daha yaxşıdır deyir. Cabir ərz etdi: Elədir ki, var Ya Rəsullallah!

Həzrət (s) buyurdu: “Yozumu budur ki, ümmətim məndən sonra 73 firqəyə bölünür. Yalnız mənim Əhli-Beytimin (ə) yolu olan bir firqə həqq üzrə olar. O biri təriqətlər isə batil, ziyankar və həlakətdə olarlar.

Bununla belə o məzhəblərdən hər birinin ardıcılı mənim məzhəbim başqalarının məzhəbindən yaxşıdır. Mən haqqam, başqaları isə batildirlər, deyər.

7-Yeddinci yuxuda gördün ki, bir yuvada çoxlu göyərçin var. Birdən ağ bir gövərçin gəlib digər gövərçinləri yuvadan çıxartdı. Cabir ərz etdi: Elədir ki, var Ya Rəsullallah!

Həzrət (s) buyurdu: “Yozumu budur ki, o ağ göyərçin axirəz-zamanda zühur edənİmama işarədir. Onun adı mənim adımla, künyəsi də mənim künyəmdə eynidir.

İnsanların hamısı onun əli ilə haqq dinə daxil olarlar. O batil məzhəblərin hamısı məhv edib haqq dininə rəvac verəcək.

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031