Münafiqlər üçün meyit namazı necə olur?
Mьəllif: admin1
Tarix: 5-01-2023, 11:07
Münafiqlər üçün meyit namazı necə olur?
Qurani-Kərimdə buyurulur: “Münafiq kişilərlə münafiq qadınların bəziləri bəzilərindəndirlər (etiqad və əməldə bir-birləri ilə bağlıdırlar). Pis işlər görməyi əmr edərlər, yaxşı işləri qadağan edərlər və öz əllərini (mallarını haqq yolunda xəcləməyə) bağlayarlar. Onlar Allahı unutdular, Allah da onları unutdu (bütün dəlil-sübutları göndərdikdən sonra onları öz başlarına buraxdı). Şübhəsiz münafiqlər – həmin itaətsizlərdir”. (“Tövbə” 57).

Münafiqlərdən biri Mədinədə vəfat etmişdi və qohumları onu dəfn etmək üçün toplaşırlar. İmam Hüseyn (ə), dostlarından birini görür ki, tələsərək şəhərdən çıxırdı ki, onun namazından iştirak etməsin. İmam (ə) buyurur: “Şəhərdən kənara çıxmana ehtiyac yoxdur. Onun namazında iştirak et və mənim dediklərimi təkrar et”.

O zaman ki, namaz başlayır, İmam (ə) bu kəlmələri söyləyir:


“اللَّهُمَ الْعَنْ فُلانَاً عَبْدَک الْفَ لَعْنَةٍ مُؤْتَلِفَةٍ غَیرَ
مُخْتَلِفَةِ، اللَّهُمَّ اخْز عَبْدَک فی عِبادِک وَ بِلادِک،
اللَّهُمَّ اصْلِهِ حَرَّ نارِک، اللَّهُمَّ اذِقْهُ اشَدَّ عَذابِک،
فَانَّهُ کانَ یتَوَلَّی اعْداءَک وَ یعادی اوْلیاءَک وَ یبْغِضُ اهْلَ
بَیتِ نَبِیک صلی الله علیه و آله؛»

“Allahım! Filan bəndənə min dəfə lənət et. Bir-birinin ardınca olan lənəti. Allahım! Onu bəndələrin və şəhərlərin arasında xar et.

Allahım! Atəşinin hərarətini ona çatdır. Allahım, ən pis əzabını ona dadızdır. O, düşmənlərini sevmiş və dostlarınla düşmənlik etmişdir.

O, Peyğəmbərinin (s) Əhli-Beytinin (ə) kinini qəlbində gəzdirmişdir”.

İmam Hüseyn (ə), Səyid ibni Asın dəfnində də bu sözləri təkrar edir. O şəxs ki, əziz İmamın yanında idi, təəccüblə Həzrətdən (ə) soruşur: “Məgər siz ölülərə belə namaz qılırsınız?”.

İmam Hüseyn (ə) buyurur: “Xeyr, biz düşmənlərimizə bu cür namaz qılırıq”.

Allah Təala bizləri belə aqibətdən uzaq etsin, inşəallah!



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930