Müdrik, arif, alim olan Loğman həkim peyğəmbər idimi?
Mьəllif: admin1
Tarix: 28-12-2022, 12:07
Müdrik, arif, alim olan Loğman həkim peyğəmbər idimi?
Tarixin bu dahi insan haqqında bizə verdiyi məlumata görə, o, qaradərili bir insan idi və Afrikadan gətirilmiş qullardan biri olmuşdur. Bütün ömrünü əmr-be-məruf və nəhy-əz-munkərə sərf edərək, övladına və ətrafında olanlara nəsihət verməyə sərf etmişdir.

Loğman böyük alim və arif olmuşdur. Ürfan, Allah Təalaya olan mərifəti, ibadət və elmi sayəsində mərifət qapıları üzünə açılmışdır. O, başqalarının bilmədiyi şeyləri bilirdi.

Bəziləri onu dövrünün peyğəmbəri adlandırırlar. Ancaq əgər Loğmanın nəsihətlərinə nəzər salsaq, görərik ki, adətən onun nəsihətləri oğluna şamil edilir. Lakin İlahi peyğəmbərlərin (ə) vəzifəsi ümməti islah edib, nəsihət etməkdir. Bu səbəbdən deyə bilərik ki, Loğman peyğəmbər olmamışdır, zəmanəsinin mərifət əhlindən və böyük alimlərindən olmuşdur.

İslam Peyğəmbəri (s) onun haqqında buyurur: “Həqiqət budur ki, Loğman peyğəmbər olmamışdır. Çox təfəkkür edən bəndə idi. Ali yəqinə malik idi. Allahı sevirdi və Allah da onu sevirdi. Ona hikmət əta etmişdi”.

Loğmanla bağlı Quranda gələn ayələri iki dəstəyə bölmək olar:

1. Loğman öz nəsihətlərində şirki məzəmmət etmiş, əmr-be-məruf və nəhy-əz-munkərə dəvət etmiş, müsibətlər qarışısında səbir etməyi tövsiyə etmiş, Qiyamətin ağır hesablarından xəbər vermişdir. O, bu yolla övladının nəfsini tərbiyə və islah etməyə çalışmışdır.

2. Loğman məsum olmamışdır. Ona görə də heç kəs bəhanə edə bilməz ki, ancaq Məsumların (ə) günah etməməyə qüdrətləri çatır. Bəs onda Loğman necə? Məsum olmamasına baxmayaraq, etiqadi və əxlaqi mövzuların elə dərinliklərinə varmışdı ki, günah onun gözündə atəş kimi görünürdü.

Bu deyilənlərdən belə nəticəyə gəlmək olur ki, məsum olmayan insanlar da Allah yanında uca izzətə malik olub, Allahı sitayiş edə bilirlər.

Şəqiq nəql edir: “Loğman həkimə sual verirlər ki, sənin üzün niyə bu qədər çirkindir?”.

Loğman deyir: “Sən bu sözünlə rəsmə eyib tutursan, yoxsa Rəssama?”.

Yəni, eyib tutmağın Allahadır, yoxsa Onun işinə?

Nəql edirlər ki, Loğman tək əyləşməyi sevərdi. Bir gün ağası yanından keçir və ona deyir: “Ey Loğman! Sən çox tək əyləşirsən. İnsanlarla bir yerdə əyləşsən, sənin üçün yaxşı deyildirmi?”.

Loğman deyir: “Çoxlu tək qalmaq, düşüncəni daha faydalı edər. Çoxlu düşünmək behiştə yol göstərəndir”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930