Loğmanın nəsihəti: “İnsanların razılığını əldə etmək qeyri-mümkündür. Ona görə də Allah rizasını cəlb etməyə çalış”
Mьəllif: admin1
Tarix: 29-05-2014, 18:04
Bцlmə: Xəbərlər
Loğmanın nəsihəti: “İnsanların razılığını əldə etmək qeyri-mümkündür. Ona görə də Allah rizasını cəlb etməyə çalış”

Loğman müdrik bir kişinin adıdır ki, Həbəşi mənsəbə malik idi. Davud (ə) peyğəmbərin zamanında yaşayırdı. Quranda onun adına rast gəlmək olur. “Və həqiqətən, Biz Loqmana hikmət verdik (çox faydalı əqli və nəqli elmlər verdik, ona dedik) ki: “Allaha şükür et””. (“Loğman” 12).

Yəni, Loğmana bilik və bəsirət əta edilmişdir. Bəziləri bu fikridədir ki, Loğman müdrik bir insan olmuşdur, lakin bəziləri onu peyğəmbər hesab edir. Quranda Loğmana nisbət verilən hikmət sifətini nübuvvət kimi təfsir edirlər. Gözəl əxlaqa və sifətlərə, ağıla, şirin bəyana, möhkəm məntiqə malik olduğu üçün adını Loğman həkim qoyublar.

Onun həyatı haqqında dəqiq məlumatımız yoxdur. Lakin müdrik kəlamları əxlaq və təfsir kitablarının zinətinə çevrilmişdir.
Loğmandan ilk eşitdiyimiz hikmət bu idi ki, tacir məst olur və bir yerdə şərab içdiyi insanla şərt bağlayırlar ki, gölməçənin bütün suyunu içəcəkdir və əks halda özü və ailəsi ona təslim olacaqdır. Səhər olur və həmin tacir özünə gələndən sonra bu şərtə görə peşman olur. Dostu ondan bu şərtinə əməl etməsini istəyir.

Loğman deyir: “Mən səni bu mövzudan xilas edəcəyəm. Ancaq bir şərtlə ki, bir də belə bir iş görməyəsən. Həmin dostuna de ki, su içməyimi istəyirsən, onda onu gətir içim. Və ya suyu içməyimi istəyirsən, gölməçənin axarını bağla, mən də suyu içim. Səbir et ki, gətirsin”. Bu bürhana görə dostu ondan əl çəkir.

Loğman həkim oğluna nəsihət verən zaman deyir: “İnsanların razı olmasına və mədh etməsinə ürək bağlama. Çünki bu, əldə olunası bir şey deyildir. Baxmayaraq ki, insan onu əldə etmək üçün bütün səyini edər. Oğlu ona deyir: “Bu sözün mənası nədir? Onun üçün bir məsəl və ya bir iş göstər”. Loğman deyir: “Mənlə sən bayıra çıxırıq”. Və onlar bayıra çıxırlar. Loğman onların yanında olan heyvana minir. Oğlunu isə buraxır ki, arxasınca gəlsin. Bir dəstə insanların yanından keçəndə onlar deyirlər: “Necə də daşürəkli bir qocadır. Özü ki, güclüdür, heyvana minib, uşağı piyada buraxıbdır”. Loğman oğluna dedi: “Onların sözünü eşitdinmi ki, mənim heyvana minməyimi və sənin piyada getməyini pis hesab etdilər”. Deyir: “Bəli”. Loğman deyir: “İndi gəl sən heyvana min və mən piyada gedim”.
Oğlu heyvana mindi və Loğman piyada getməyə başladı. Onlar bir dəstə insanların yanından keçəndə, onlar dedilər: “Necə də pis ata və oğuldur. Ata ona görə pisdir ki, yaxşı övlad tərbiyə etməmişdir. Özü minmiş və atasını piyada buraxmışdır. Halbuki, atası hörmətə layiq olmalı və heyvana minməlidir. Oğlu ona görə pisdir ki, bu halı ilə ağvalideyn olmuşdur. Ona görə də hər ikisi pis iş görürlər”.
Loğman oğluna deyir: “Eşitdin?”. Deyir: “Bəli”. Bu zaman hər ikisi heyvana minirlər və bir dəstə insanın yanından keçən zaman, onlar deyirlər: “Bu iki minicinin insafı yoxdur. Allahdan xəbərsizdirlər. Hər ikisi bu heyvana minmişdir və onu gücü çatmayan qədər işlədirlər. Yaxşı olardı ki, biri minsin və o biri piyada getsin”.

Loğman dedi: “Eşitdin?”. Oğlu dedi: “Bəli”. Loğman dedi: “İndi gəl heyvandan düşək və onu arxamızca aparaq”. Bu cür bir dəstə insanın yanından keçirlər və onlar deyir: “Bu iki şəxsin işi təəccüblüdür, heyvanı boş buraxıblar. Halbuki, ona minə bilərdilər”.

Loğman oğluna dedi: “İndi gördün ki, insanların razılığını əldə etmək qeyri-mümkündür. Ona görə də ona etina etmə, Allah rizasını cəlb etməyə çalış. Ruzi, səadət, dünya xoşbəxtliyi, hesab günü və sual ondadır”. (Tebyan)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930