Peyğəmbərlərə (ə) edilən müraciətlər Quranla ziddiyyət təşkil etmir
Mьəllif: admin1
Tarix: 30-11-2018, 10:47
Peyğəmbərlərə (ə) edilən müraciətlər Quranla ziddiyyət təşkil etmir
Bütün peyğəmbərlər kimi Allah Rəsulu (s) da daim bu mövzuda aktiv rola malik olmuşdur. Hər hansı bir məsələ ilə əlaqədar onun sorağına gələnləri geri qaytarmamış, onlara problemlərin həllində ən gözəl yolu göstərmişdir.

Bu qısa girişi ona görə qeyd etdik ki, bəziləri insanları peyğəmbərlərdən uzaq salmaq, onları adi insanlar kimi təqdim etmək naminə din adı ilə yalanlar uydurmaqdadırlar. Bu yalanları uyduranlar iddia edir ki, insanların peyğəmbərlərə olan sevgisi, onlara olan müraciəti, problemlərin həllində onları vasitə seçmələri Quranla ziddiyyət təşkil edir.

Quranın zahirini oxuyanlar və daim şübhə və irad axtarışında olan bu qəbil insanlar Qurana diqqət etsələr yanıldıqlarının şahidi olacaqlar. Biz məsələ daha da aydın olsun deyə nümunə göstərməklə mövzunu davam etdirəcəyik:

İlk nümunəni Həzrət Yaqubdan (ə) gətirək. Həzrət Yusifin (ə) qardaşlarının Yusifə (ə) qarşı etdikləri cinayətləri ifşa olduqda etdikləri ilk iş həm ataları həm də peyğəmbər olan Həzrət Yaquba belə bir müraciət edirlər:

قَالُواْ يَا أَبَانَا اسْتَغْفِرْ لَنَا ذُنُوبَنَا إِنَّا كُنَّا خَاطِئِينَ

(Yaqubun oğlanları) dedilər: “Ey ata, (Allahdan) bizim günahlarımızın bağışlanmasını istə ki, həqiqətən biz səhv etmişik.” (“Yusif” surəsi, 97)

قَالَ سَوْفَ أَسْتَغْفِرُ لَكُمْ رَبِّيَ إِنَّهُ هُوَ الْغَفُورُ الرَّحِيمُ

Dedi: “Tezliklə sizin üçün öz Rəbbimdən bağışlanma istəyərəm. Şübhəsiz, O, çox bağışlayan və mehribandır.” (“Yusif” surəsi, 97)

Diqqət edin, ayədə Yaqub (ə) peyğəməbərə olunan bir müraciət və Allahın peyğəmbərinin onlara verdiyi müsbət bir cavab var.

Yaqubun (ə) oğlanlarına verdiyi müsbət cavab, əslində müraciətin yanlış olmadığını, bu cür müraciətlərin dinlə, ilahi vəhylə ziddiyyət təşkil etmədiyini ən bariz nümunəsidir.

Əgər peyğəmbərlər sıradan bir insan, lazımı məqamlarda insanların sığınacaq yeri olmasaydı onda Yaqubun (ə) günah törətmiş oğlanlarının müraciətinə Allahın peyğəmbəri tərəfindən əsla müsbət cavab verilməzdi.

Burada əsas məsələ, əslində müraciətin özü yox, onlara verilən cavabdır. Çünki, bəzən yanlış bir mövzu barədə də peyğəmbərlərdən nəsə istənilə bilər və tarixi faktlar göstərir ki, bu kimi müraciətlət olunub da.

Yaqubun (ə) sözünə diqqət edək: “Tezliklə sizin üçün öz Rəbbimdən bağışlanma istəyərəm.” (“Yusif” surəsi, 97)

Burada sual yarana bilər ki, əgər insanların peyğəmbərlərə üz gətirməsi, onlardan kömək, problemlərinin həllini istədikdə peyğəmbərlərin onlara müsbət cavab verməsi günah ya yanlış bir iş olsaydı, bir peyğəmbər əsla bu cür işi həyata keçirtməzdi. Daha da maraqlısı budur ki, əgər bu iş yanlı olsaydı Allah bu işi sonuncu səmavi kitabında qeyd etməklə insanları bu işə təşviq etməzdi.

Başqa bir maraqlı məqam da budur ki, Yaqubun (ə) oğlanları günah iş törətdiklərinə görə Yaquba (ə) müraciət etmişdilər.

(Yaqubun oğlanları) dedilər: “Ey ata, (Allahdan) bizim günahlarımızın bağışlanmasını istə ki, həqiqətən biz səhv etmişik.” (“Yusif” surəsi, 97)

Bu ayə bizə öyrədir ki, hətta etdiyimiz səhv və günah işimizə görə də peyğəmbərlərə müraciət edə bilərik və edilən müraciət Quranla heç bir ziddiyyət təşkil etmir, əksinə Quran özü bu işi təsdiq edir və bütün bəşəriyyəti bu gözəl işə təşviq edir.

“Bir problemlə qarşılaşdığınız zaman yalnız Allaha və Qurana müraciət edin” deyib dolayı yolla peyğəmbərlərə edilən müraciəti yersiz hesab edənlər görəsən bu ayələrlə rastlaşmayıblar?

Nəinki, sadə bir problem hətta günahın bağışlanması üçün də müraciətin oluna biləcəyini bu ayələrin işığında öyrənmiş olduq.

Əlbəttə burada diqqət olunacaq bir məsələ də var və o bundan ibarətdir ki, Yaqub (ə) da nəticə etibari ilə oğlanları üçün Allahdan bağışlanma diləyir və oğlanlarının müraciətində də bu öz əksini tapır:

(Yaqubun oğlanları) dedilər: “Ey ata, (Allahdan) bizim günahlarımızın bağışlanmasını istə ki, həqiqətən biz səhv etmişik.” (“Yusif” surəsi, 97)

Yaqubun (ə) da cavabı belədir:

Dedi: “Tezliklə sizin üçün öz Rəbbimdən bağışlanma istəyərəm. Şübhəsiz, O, çox bağışlayan və mehribandır.” (“Yusif” surəsi, 97)

Deməli, Yaqubun oğlanları da müraciət edərkən bağışlayıcının Allah olduğun bilirdilər. Sadəcə Yaqub (ə) peyğəmbəri bu işə vasitə qərar verdilər. Dini terminlə desək, Yaqub peyğəmbərə təvəssül (Təvəssül ərəb dilindən tərcümədə bir işi həyata keçirmək üçün nəyi (və ya kimi) isə vəsilə (vasitə) olaraq qəbul etmək deməkdir.

Dini termin olaraq, insanın Allaha dua edərkən, Allah yanında müstəsna dəyəri olan bir şəxsi (əgər diridirsə), yaxud onun ruhunu (əgər həyatda yoxdursa) vasitəçi kimi qəbul etməsinə təvəssül deyilir. Təvəssül edən adam inanır ki, Allah həmin müqəddəs adamın (və ya onun ruhunun) xatirinə onun duasını və ehtiyacını yerinə yetirəcək.

Uca Allah Qurani-kərimdə buyurur: “Ey iman gətirənlər! Allahdan qorxun! Ona vəsilə axtarın!” (“Maidə” surəsi, 35) etdilər.

Bir ayənin də izahını verməklə sözümüzə davam edək:

وَلَوْ أَنَّهُمْ إِذ ظَّلَمُواْ أَنفُسَهُمْ جَآؤُوكَ فَاسْتَغْفَرُواْ اللّهَ وَاسْتَغْفَرَ لَهُمُ الرَّسُولُ لَوَجَدُواْ اللّهَ تَوَّابًا رَّحِيمًا

“...Əgər onlar özlərinə zülm etdikləri zaman sənin yanına gəlsəydilər, sonra Allahdan bağışlanmaq istəsəydilər və Allahın Peyğəmbəri də (Allahdan) onlar üçün bağışlanmaq diləsəydi, şübhəsiz Allahın çox tövbə qəbul edən və mehriban olduğunu görərdilər.” (“Nisa” surəsi, 64)

Bu mübarək ayə də yuxarıdakı ayə ilə mahiyyətcə eynidir. Burada da Allah Rəsuluna (s) edilə biləcək müraciətdən söz açılır. Bu ayə də təkcə günahkar şəxsin özü üçün duasının kifayət etmədiyi, üstəlik Peyğəmbərin (s) də duasına ehtiyac olduğu nəzərə çarpır:

“...Əgər onlar özlərinə zülm etdikləri zaman sənin yanına gəlsəydilər, sonra Allahdan bağışlanmaq istəsəydilər və Allahın Peyğəmbəri də (Allahdan) onlar üçün bağışlanmaq diləsəydi... (“Nisa” surəsi, 64)

Hər iki ayədə də peyğəmbərlər ünvan olaraq göstərilir. Görəsən niyə? Bəzilərinin də “iddia” etdiyi kimi hər bir fərd özü üçün dua etməsi kifayət etmir? Yuxarıda işarə etdiyimiz kimi, Allah özü bəşəriyyəti hidayət vasitələri olan peyğəmbərləri vasitə seçməyə çağırır.

Hətta hidayətinə ümid olan müşrik və kafirlər üçün də peyğəmbərlərin dua etməsi Quran baxımından müsbət qarşılanmışdır:

Habelə “Tövbə” surəsinin 113-cü ayəsində Allah buyurur: “Peyğəmbərə və iman gətirənlərə müşriklərin Cəhənnəm əhli olduqları bəlli olduqdan sonra onlar üçün, hətta qohum-ları(ndan) olsalar belə, bağışlanma istəmək yaraşmaz”.

Ayə­nin na­zilol­ma sə­bə­bi: “Bir qrup müsəl­man­ pey­ğəm­bə­rin (s) ya­nı­na gə­lə­rək de­yir­ ki, “Ey Pey­ğəm­bər (s), ca­hi­liy­yət za­ma­nın­da müşrik ola­raq ölən ata­la­rı­mız üçün dua et­mə­yə­cək­si­ni­zmi?”

Bu zaman bu ayə na­zil olur və bil­di­rilir ki, Cə­hən­nəm əh­li ol­ma­sı də­qiq­lə­şən şəxs­lər ba­rə­də dua et­mək Pey­ğəm­bər (s) və mömin­lə­rə ya­raş­maz. Çünki bu iş fay­da­sız və bi­hu­də iş­dir.

Pey­ğəm­bə­rə (s) və iman gə­ti­rən­lə­rə də bi­hu­də iş görmək ya­raş­maz. Bu ayə­də diq­qət olu­na­sı mə­qam bu­dur ki, müşrik və ka­fir­lə­rə bağışlanma diləməyin yolverilməzliyi, onların Cə­hən­nəm­lik ol­ma­sının qətiliyi ilə bağlıdır. Həyatda ikən bir müşrikə dua edilməsi qadağan deyil.

Çünki həyatda ikən həmin adamın hi­da­yət ol­ma eh­ti­ma­lı var­dır. Pey­ğəm­bər (s) və mömin­lər də hər eh­ti­ma­lı də­yər­lən­di­rib hi­da­yə­tə ça­lı­şmış­lar. Be­lə bir hal­da dua et­mə­yin heç bir ey­bi yox­dur.

Bu ayə na­zil ol­duq­da Həzrət İb­ra­hi­min (ə) Azər üçün et­di­yi dua müsəlmanların yad­ı­na düşür və tək­rar pey­ğəm­bər­dən (s) so­ru­şur­lar ki, “Əgər müşrik üçün dua et­mək qa­da­ğan­dır­sa, bəs ni­yə Həzrət İb­ra­him (ə) bu işi görmüşdür?”

Al­lah bu sua­lın ca­va­bı­nı “Tövbə” surəsinin 114-cü ayəsində verir: “İb­ra­hi­min əmi­si Azər üçün ba­ğış­lan­maq is­tə­mə­si yal­nız ona ver­di­yi və­də (onun üçün is­tiğ­far edə­cə­yi­ni vəd et­mə­si­nə) görə idi. Əmi­si­nin Al­la­ha düşmən ol­ma­sı ona ay­dın ol­duq­da on­dan uzaq­laş­dı...”

Həzrət İb­ra­hi­m (ə) əmi­si­nə dua üçün söz ver­mişdi. (Bax: “Zuxruf” surəsi, 43)

Bu dua o za­man edilmişdir ki, Azər həmin vaxt həyatda olmuş və Həzrət İb­ra­him (ə) onun hi­da­yə­ti­nə ümid bəsləmişdir. La­kin onun Al­lahın düşmə­ni ol­duğu ay­dın ol­duq­da bu işi tərk et­mişdir. (Daha ətraflı bax: “Bütün Peyğəmbərlər məsumdur” (şübhə və iradlara cavab), Mahir Şəkərov, səh. 71-74)

Bu kimi ayələr bir daha göstərir ki, peyğəmbərlərə edilən müraciət heç də yanlış deyildir.

Peyğəmbərlərə edilən bu təzim onları ilahiləşdirmək deyil, əksinə Allahın onlara verdiyi üstünlüyünün bir göstəricisidir. Bütün müsəlmanlar zatən bağışlayıcının Allah olduğunu çox gözəl bilir və Rəbbimiz də buna dəfələrlə işarə etmişdir:

“O kəslər ki, bir pis iş gördükdə, yaxud özlərinə zülm etdikdə Allahı xatırlayıb günahlarının bağışlanmasını diləyərlər, – günahları Allahdan başqa kim bağışlaya bilər? – onlar bilə-bilə etdiklərinə görə israr etməzlər”. (Ali-İmran 135)

Mahir Şəkərov, ilahiyyatçı, araşdırmaçı.


("İslaminSesi")
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930