Nə zaman Allah dərgahına hacətiniz oldu, belə deyin…
Mьəllif: admin1
Tarix: 23-12-2023, 12:43
Nə zaman Allah dərgahına hacətiniz oldu, belə deyin…
Təvəssül etməyin növləri vardır ki, onların bəzilərinə işarə edək:

1. Allahı, Onun övliyalarının haqqına görə çağırmaq. Həzrət Peyğəmbər (s) buyurur: “Allah Təala buyurur: Ey Mənim bəndələrim! Mənim üçün ən əziz xəlq və onların ən fəzilətli olanları Muhəmməd (s), qardaşı Əli (ə) və ondan sonra gələn imamlardır.

Onlar mənə tərəf olan vasitələrdir. Hər kimin hacəti olar və ya ziyanlı, çətin hadisəyə düçar olar, onların aradan qalxmasını istəyər, Məni Muhəmməd (s) və Ali-Muhəmməd (ə) ilə çağırsın ki, hacətini ən yaxşı şəkildə həyata keçirəm”.

İmam Kazım (ə) buyurur: “Nə zaman Allah dərgahına hacətin oldu, belə de: “Allahım! Səni Muhəmməd (ə) və Əlinin (ə) haqqına çağırıram. Həqiqətən sənin yanında uca məqama malikdirlər.

Bu səbəbdən həmin məqama görə Səndən istəyirəm ki, Muhəmməd (s) və Ali-Muhəmmədə (ə) salavat göndərəsən və mənim hacətimi yerinə yetirəsən””.

Ömər ibni Xəttab nəql edir: “O zaman ki, Adəm tərki-əulə edir, tövbə məqamında Allaha ərz edir: Allahım! Muhəmməd (s) və Ali-Muhəmmədin (ə) haqqına görə Səndən istəyirəm ki, məni bağışlayasan”.

2. İlahi övliyalardan dua etməsini istəmək. Mömin qardaş və bacılardan və həmçinin İlahi övliyalardan onun hacəti üçün dua etməsini istəmək də təvəssülün bir növüdür.

Yusifin (ə) qardaşları gördükləri xəbis əməldən sonra atalarına müraciət etdilər ki, onlar üçün Allahdan bağışlanma istəsin. Quran da bu həqiqəti təsdiq edir ki, İlahi övliyaların duası daha tez qəbul olar.

“Biz hər bir peyğəmbəri, yalnız Allahın kömək və izni ilə itaət olunmaq üçün göndərmişdik. Əgər onlar özlərinə zülm etdikləri zaman sənin yanına gəlsəydilər, sonra Allahdan bağışlanmaq istəsəydilər və Allahın Peyğəmbəri də (Allahdan) onlar üçün bağışlanmaq diləsəydi, şübhəsiz Allahın çox tövbə qəbul edən və mehriban olduğunu görərdilər”. (“Nisa” 64).

3. İlahi övliyaların özündən vasitəçilik istəmək. Təvəssülün bu növündə hacətimizi birbaşa İlahi övliyalardan istəyirik. Misal üçün deyirik: “Ey rəhmət Peyğəmbəri! Mənim xəstəmə şəfa ver”. Necə ki, Peyğəmbərin (s) səhabəsi ona xitab edərək demişdi: “Səndən istəyirəm ki, behiştdə dost-yoldaşın olum”.

Əlbəttə ki, bu övliyaya Allaha vasitə olaraq müraciət edirik. Yəni, mütləq nəzərdə saxlayırıq ki, yeganə güc və qüdrət mənbəyi – Uca və Əzəmətli Allahdır.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930