Səmanın və yerin 7 qatlı olmasının mənası nədir?
Mьəllif: admin1
Tarix: 24-11-2018, 10:48
Səmanın və yerin 7 qatlı olmasının mənası nədir?
Yeddi rəqəminə işarə edən “səbh” sözü ərəb dilində iki mənada istifadə olunur.

1. Riyaziyyatda istifadə olunan yeddi rəqəmidir.

2. Çoxluq bildiriən sözdür. Bəzən ərəblər onu çoxluğa işarə edən metafora kimi istifadə edirlər. Misal üçün: “Və əgər yer üzündəki hər ağac bir qələm olsaydı və dəryaya yeddi dərya belə qoşulsaydı (mürəkkəb olsaydı, Allahın yaratdıqlarından ibarət olan kəlmələrini yazmaqla) Allahın kəlmələri tükənməzdi; çünki Allah yenilməz qüdrət və hikmət sahibidir (Onun qüdrətinin və hikmətinin feyzi hüdudsuzdur)”. (“Loğman” 27).

Yeddiqatlı səma nədir?

Təfsirçilərin nəzərinə görə:

1. Yeddi, həqiqi mənasında istifadə olunmuş və yeddi qatlı səmaya işarə edir.

2. Yeddiqatlı səma dedikdə bu cür mövcud olan və tanımayan başqa yeddi səmanın olduğuna işarə edir.

3. Yeddi, qürb mənasındadır və ali mənəvi varlığa işarə edir.

4. Əgər yeddi çoxluq mənasını verərsə, bu zaman aşağıdakı mənaları təsəvvür etmək olur:

a) Çoxlu səmalar xəlq edilmişdir. Çoxlu yerlər xəlq edilmişdir.

b) Çoxlu səma suyu olan təbəqələr və çoxlu daxili yer qatları xəlq edilmişdir.

Ancaq Quranın bəyan etdiyi yeddiqatlı səma və yer haqqında qəti bir nəzər mövcud deyildir. Verilən nəzərlər isə ehtimal üzərində olmuşdur.

Ancaq bu nəzərdən gərək qafil olmayaq ki, Quranın həqiqi hədəfi – bəşərin hidayəti və mənəvi tərbiyəsidir. Allah Quranda yeddi rəqəmini bəyan edən zaman Öz müqəddəs zatının qüdrət və əzəli olmasını nəzərdə tutmuşdur.

Həmçinin Quranın bir çox mövzuları zaman və elmi sübuta ehtiyac duyur. Hər bir halda Quranda bəyan edilən hər bir ayə doğrudur.

Sadəcə təfsirlər və nəzərlər müxtəlifdir ki, bu da bir qədər düşünməyə vadar edir.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930