İmam Hüseynin (ə) türbətinə səcdə etmək, yeddi qatlı pərdələri aradan aparar
Mьəllif: admin1
Tarix: 21-07-2023, 22:35
İmam Hüseynin (ə) türbətinə səcdə etmək, yeddi qatlı pərdələri aradan aparar
İmam Hüseynin (ə) türbətinə səcdə etmək, yeddi qatlı pərdələri aradan aparar.

İmam Hüseyn (ə) türbəti üçün bəyan olunan bərəkətlər, heç bir başqa türbət üçün bəyan edilməmişdir. Kərbəla torpağı behiştin bir parçasıdır. Allah hər şeyi Onun yolunda qurban verən bu fədakar İmamın (ə) yatdığı torpağı bərəkətli və fəzilətli qərar vermişdir.

Nəql edilir ki, İmam Hüseyn (ə) qəbrinin üstünə su borusu qoydular, suyu açdılar və bu su ancaq 40 gündən sonra aşağı yatdı. Qəbir aradan getdi və Bəni-Əsəddən olan bir nəfər gəldi və torpaqdan ovuc-ovuc götürdü. İyləyərək İmamın (ə) qəbrini tapdı.

Onun qəbirini öpüb ağladı və dedi: “Atam-anam sənə fəda olsun. Nə qədər xoş ətirlisən ki, qəbirin və türbətin də belə xoş ətirlidir”.

İnsan əgər bədənini və üzünü türbətə sürtərsə, ona mənəvi təsir qoyar. Bəzi din alimləri və Məsum İmamlar (ə) namazlarını Kərbəla möhürü ilə qılar və sonra da üzlərini bu türbətlə təbərrük edərdilər. Həmçinin nəql edilir ki, əgər türbəti şəfa niyyəti ilə yemək istəyirsinizsə, əvvəlcə onu öpün və bədəninizə sürtün.

İmam Hüseyn (ə) türbətində səcdə etmək Allahla olan pərdələri kənara çəkər və insanı zülmətdən xilas edər.

İmam Sadiq (ə) buyurur: “Həqiqətən İmam Hüseyn (ə) türbətinə səcdə etmək yeddi qatlı pərdələri parçalayar”.

Həmçinin başqa hədislərdə oxuyuruq ki, hər kim Kərbəla möhürü ilə namaz qılarsa, Allah Hüseynə (ə) xatir bu namazları qəbul edər. İmam Sadiq (ə) də özü ilə Kərbəla türbəti gəzdirər və səcdə etmək istəyən zaman türbətin küsəsini açar və ona səcdə edərdi.

İmam Hüseyn (ə) türbətinin başqa bir bərəkəti – onun şəfaverici olmasıdır. Buna dair üç nəzər vardır:

1. Türbət məhz İmamın qəbrindən götürülməlidir. Belə ki, İmam Sadiq (ə) buyurur: “Həqiqətən, İmam Hüseynin (ə) başının yanında qırmızı türbət vardır ki, ölümdən başqa hər dərdin şəfasıdır”.

2. Qəbirlə on mil məsafədə olan torpaq türbət sayılır. İmam Sadiq (ə) buyurur: “İmam Hüseyn (ə) qəbrinin hərəmi qəbrin hər dörd tərəfindən beş fərsəxdir”.

3. Mütləq şəkildə türbətin şəfa olduğu bəyan olunur. Belə ki, İmam Sadiq (ə) buyurur: “İmam Hüseyn (ə) məzarının torpağı hər dərd üçün şəfadır”.

İmam Zaman (ə) buyurur: “Hər kim İmam Hüseyn (ə) türbətindən olan təsbehi əlinə götürər və zikri unudar, zikrin savabı onun üçün yazılmış olar”.



www.ahliman.info
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930