Namaz – imanla küfr arasında sərhəddir
Mьəllif: admin1
Tarix: 28-10-2022, 11:11
Namaz – imanla küfr arasında sərhəddir
Bəzi insanlar qəlb hüzuruna malik ola bilmədikləri üçün namazlarını tərk edərlər.

Ancaq əslində bu, sadə bəhanə deyil, dəhşətli şeytani vəsvəsədir ki, həmin şəxsi daha böyük günaha düçar edər. İnsanla Allah arasında olan rabitəni qət edər. Onunla mələkut aləmi arasında fasilə yaradar. Küfr və itaətsizliyi üçün zəminələr hazırlayar.

Hədislərin birində oxuyuruq: “İmanla küfr arasındakı sərhəd, namazı tərk etməkdir”.

O kəs ki, qəlb hüzuru əldə etmək yerinə namazını tərk edərsə, məsələni həll etmək yerinə düşməni sevindirmiş olar və onun üçün yolları açmış olar.

Hər bir insanın qəlbində süst, hövsələsiz, yorğunluq halları olur. Ancaq bu, o demək deyildir ki, insan zəiflik göstərib bu amillərə görə təslim olmalıdır. İmanı zəif olanlar və hər çətinlik görən zaman qaçanlar, insan adını almağa layiq deyildirlər.

Axı, insan güclü varlıqdır və Allah onu ruhən pak xəlq etmiş və paklıqlara qarşı meyilli etmişdir. İnsan çalışmalıdır ki, onda mübarizə ruhiyyəsi olsun. Müstəhəb əməlləri yerinə yetirərək, qəlbini gücləndirsin və imanını artsın. Çünki bu zaman ona insan demək olar.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930