Şeytanın (lən) vəsvəsələri ilə mübarizə yolları
Mьəllif: admin1
Tarix: 10-11-2017, 21:54
Şeytanın (lən) vəsvəsələri ilə mübarizə yolları
Tanınmış əxlaq alimi Ayətullah Haqşinas buyurur: “Şeytan (lən) daima insana nəzarət edər, elə ki, insan Allahdan qafil olar, şeytan ona tərəf gələr. İlahi övliyalar üçün müstəhəbbat vacibat kimidir. İlahi övliyalar şeytana möhlət verməzlər. Allah Əllamə Təbatəbaiyə rəhmət etsin. Həmişə zikrlə məşğul idi. Ondan bir şey soruşan zaman cavab verər və sonra zikrinə davam edərdi.

İlahi övliyalar müraqibə və mühasibə məqamında olduqları üçün Allah da onları bu əməllərinə görə həmişə şeytandan qorumuşdur. Hədislərin birində oxuyuruq: “O şəxslər ki, vaxtını hədəfsiz keçirər, onlar şeytanın ovuna məruz qalarlar”.

Şeytan heç kəsə göz yummaz. Hər kəsi ovlamağa çalışar. Hətta mərcəi-təqlidləri belə. Bir nəfər şeytanı yuxuda görür və ondan soruşur ki, bu böyük kəndir nə üçündür? Şeytan deyir: “Şeyx Ənsari üçündür. Həmin Şeyx Ənsari ki, kitablarını müctəhidlər oxuyur”.

Şeytan insanı düz yoldan yavaş-yavaş uzaqlaşdırır. Əvvəl demir ki, camaat namazı qılma, vəsvəsə edər ki, namazı əvvəl vaxtda qılmağının mənası yoxdur. Sonra deyir ki, gecə namazını nə üçün qılırsan? Sabah tezdən işə gedəcəksən və gecə namazı vaxtını alır. Sizi gecə namazından məhrum etdikdən sonra gəlir camaat namazına tərəf.

Bir nəfər Ali dini rəhbərdən soruşur ki, mən namazımı tək qılanda qəlb hüzuruna malik ola bilirəm, ancaq camaat namazında elə olmur. Namazımı necə qılsam yaxşı olar? Ali dini rəhbər ona buyurur: “Camaat namazı Əhli-Beytdən (ə) çatan fəzilətlərinə görə qəlb hüzuru ilə qıldığın fərdi namazdan daha üstün və daha yüksəkdir”.
Şeytan bütün şəri məsələləri bilir. Ona görə də səni hər yolla ovlaya bilir. İmam Sadiq (ə) buyurur: “Hər nə şeytan deyir, həqiqət onun əksidir. Şeytani vəsvəsəyə diqqət etmək lazım deyildir”.

Biz gərək özümüzə təlqin edək ki, şeytanın dediklərinin əksini etməliyik. Mən gərək namazımı əvvəl vaxtda yerinə yetirəm. Çünki İmam Əli (ə) buyurur: “Hər kim namazlarını əvvəl vaxtda yerinə yetirər, ölüm mələyi vədə vermişdir ki, özü ona şəhadətləri təlqin edəcəkdir””.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930