Allahın, Öz sevdiyi bəndəsini cəhənnəmə aparması mümkündürmü?
Mьəllif: admin1
Tarix: 14-11-2018, 10:41
Allahın, Öz sevdiyi bəndəsini cəhənnəmə aparması mümkündürmü?
Allahın məhbub insanları kimlərdir?

Quran buyurur: “(Təqvalılar) həmin o kəslər(dirlər) ki, mallarını rifah və şadlıqda, mallarında və hallarında(maddi və mənəvi) yoxsulluqda xərcləyirlər, qəzəblərini udan və camaat(ın xətaların)dan keçənlərdirlər. Allah yaxşılıq edənləri sevir”. (“Ali-İmran” 134).

Allah bu ayədə üç dəstə insanın adını çəkmişdir:

1. Mallarından infaq edənlər.

2. Yoxsul olmaqlarına baxmayaraq, infaq edənlər.

3. Qəzəblərini udanlar, yəni güzəşt etməyi bacaranlar.

Bu üç dəstə insan təqva əhlidir və Allahın məhbub insanlarıdır. Bəs ola bilərmi ki, Allah sevdiyi bu bəndələrini cəhənnəmə aparsın?

Xeyr, bunun imkanı yoxdur. Əgər insan bu məqama çatıbdırsa, yəni muhsinin məqamını əldə edibdirsə, Allah onu cəhənnəmə apara bilməz. Çünki o, Allahın sevdiyi və dəyər verdiyi insandır.

Əgər insan dünyada özünü muhsin məqamına çatdıra bilməzsə, o zaman axirətdə heç bir üzr və bəhanəsi qalmaz. Çünki hüccət ona tamam olar və onun üzr üçün yeri olmaz.

Bəlkə Allah muhsin bəndələrini tərifləyərək, günahkarlara bildirmək istəyir ki, bu beş günlük dünyada günah etməyə davam etməyin. Tövbə edib, Mənə tərəf qayıdın. Əgər tövbə etsəniz, sizin keçmiş günahlarınızı bağışlayaram.

Çünki günah mikrob kimidir, azalmaz, əksinə çoxalar və bütün bədəni və ruhu əhatə edər. Sənə baxan başqa insanlar da sənin yolunu gedər və həmin mikrob onlara da bulaşar. Necə ki, qrip xəstəliyi keçicidir, günah da o cürdür. İradəsi zəif olan insanlar bu xəstəliyə tez düçar olurlar.

Allah yaxşı bəndələrini ona görə cəhənnəmə aparmır ki, bu insanlar başqaları üçün örnək olarlar. Nəinki özləri yaxşı əməllər yerinə yetirər və nəfslərini tərbiyə edərlər, əslində ona nəzər salan hər bir insanı ilhamlandırar və Allaha tərəf sövq edərlər. Onlar Allahın yer üzərində olan xəlifələridir. Hər kim onlara nəzər salarsa, Allahı xatırlayar.



/Deyerler.org/
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031