Allahın sevgisini cəlb etməyin yolu – günahı tərk etmək və itaət etməkdir
Mьəllif: admin1
Tarix: 18-08-2018, 15:42
Allahın sevgisini cəlb etməyin yolu – günahı tərk etmək və itaət etməkdir
“Rəhman olan Allah iman gətirib yaxşı işlər görən kəslər üçün tezliklə (dünya və axirətdə mələklərin və möminlərin qəlblərində) dostluq və məhəbbət yaradacaqdır”.(“Məryəm” 96).

Allahın və İlahi övliyaların sevgisini cəlb etməyin yolu – itaət və Allah bəndəliyindədir. “De: «Əgər Allahı sevirsinizsə, onda mənə tabe olun ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah çox bağışlayan və mehribandır»”. (“Ali-İmran” 31).

Allah o bəndələrini daha çox sevir ki, İlahi peyğəmbərləri (ə) və onların vəsilərini sevsin. Bu eşq və məhəbbət itaət və bəndəliklə əldə olunur. Ona görə də əgər qəlbimizin Allah sevgisinin məkanının olmasını istəyiksə, yolu – Allaha itaət etmək və günahı tərk etməkdir.

Allah bəndələrinin bəzisi o birilərindən daha çox Allahın sevgisini qazana bilmişdir. Bu insanları tanıyaq:

1. Yaxşı əməl sahibləri. “(Təqvalılar) həmin o kəslər(dirlər) ki, mallarını rifah və şadlıqda, mallarında və hallarında (maddi və mənəvi) yoxsulluqda xərcləyirlər, qəzəblərini udan və camaat(ın xətaların)dan keçənlərdirlər. Allah yaxşılıq edənləri sevir”. (“Ali-İmran” 134).

2. Tövbə edənlər. “Həqiqətən, Allah çox və tez tövbə edənləri, həmçinin pak olmağa çalışanları sevir”. (“Bəqərə” 222).

3. Batini təharətə malik olanlar. “Allah pakları sevir”. (“Tövbə” 108).

4. Təqva əhli. “Həqiqətən Allah pərhizkarları sevir”. (“Tövbə” 4).

5. Səbir əhli. “Allah səbirliləri sevir”. (“Ali-İmran” 146).

6. Təvəkkül əhli. “Allaha təvəkkül et ki, şübhəsiz, Allah təvəkkül edənləri sevir”. (“Ali-İmran” 159).

7. O kəslər ki, ədaləti bərpa edərlər. “Allah ədalətliləri sevir”. (“Maidə” 42).

8. Allah yolunda düşmənlə mübarizə aparırlar. “Şübhəsiz, Allah Onun yolunda poladdan divar kimi səf çəkib döyüşənləri sevər”. (“Səff” 4).



/Deyerler.org/

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930