Allaha verdiyimiz ilk vədi unutmayaq!
Mьəllif: admin1
Tarix: 8-10-2018, 20:59
Allaha verdiyimiz ilk vədi unutmayaq!
Bizim Allaha verdiyimiz ilk vədə zərr aləmində olmuşdur.

“Ey Adəm övladı, məgər Mən (peyğəmbərlər və öz ağlınız vasitəsilə) sizə buyurmadımmı ki: «Şeytana ibadət etməyin! Şübhəsiz, o, sizin açıq-aşkar düşməninizdir?!».

Və: «Yalnız Mənə ibadət edin ki, bu, düz yoldur!»”. (“Yasin” 60-61).

“Həqiqətən Biz əvvəlcədən Adəmə tapşırdıq (ki, qadağan edilmiş ağacdan yeməsin). Amma o, unutdu və Biz onda (möhkəm) əzm görmədik”. (“Taha” 115).

Məgər indi özümüzü gəlmək zamanı deyildirmi?

Nəql edirlər ki, yol kəsənlərin bir dəstəsi yolda pusqu qurmuşdu. Bir səfərə çıxan insanı tuturlar və ondan soruşurlar ki, nə qədər pulun vardır. Deyir ki, 80 dinarım vardır ki, onun 40 dinarı borcdur. Qalanı isə öz pulumdur.

Yol kəsənlər bu miqdar pulu dəyərsiz hesab edib, onu buraxırlar. Ancaq hər nə qədər səbir edirlərsə, karvan gəlib çıxmır. Özlərini həmin yolçuya çatdırırlar. Ona yenə həmin sualı verirlər və o da həmin cavabı təkrar edir.

Oğruların başçıları deyir: “Nə səbəb olub ki, bu qədər düz danışırsan və yalan demirsən?”. Həmin şəxs deyir: “Kiçik olan zaman anama söz vermişdim”.

Oğru gülümsəyir və sonra tez özünə gəlib, deyir: “O, anasına söz verdiyi üçün günah etmir. Biz isə Allaha söz vermişdik, bəs niyə əməl etmirik?!”.

Bəli, artıq bu vədəyə əməl etmək vaxtı gəlib çatmışdır. Həyatımız haqqında təfəkkür edək və onu dəyişdirməyə və Allaha verdiyimiz vədəyə uyğun qurmağa çalışaq.

“(Qiyamət günü) iş tamam olduqda(n və cəhənnəmliklər öz yerlərini tutduqdan sonra böyük) Şeytan (və birinci İblis bütün cəhənnəm əhlinə xitab edərək) deyər: «Həqiqətən, Allah sizə haqq vəd verdi (onların hamısı gerçəkləşdi). Və mən sizə vəd verdim və vədimə xilaf çıxdım (heç biri həyata keçmədi). Mənim (dünyada) sizin üzərinizdə, sizi dəvət etməkdən başqa heç bir hökmranlığım yox idi və siz (də) mənim dəvətimi qəbul etdiniz. Odur ki, məni məzəmmət etməyin, özünüzü məzəmmət edin. İndi nə mən sizin dadınıza yetişənəm və nə (də) siz mənim dadıma yetişənsiniz. Mən bundan qabaq məni itaətdə Allaha şərik qoşmağınıza kafirəm. Həqiqətən, zalımlar üçün ağrılı bir əzab vardır»”. (“İbrahim” 22).

İmam Səccad (ə) duaların birində buyurur: “Allahım, Səndən etdiyim hər nəzrə görə və verdiyim vədələrə görə, bağladığım əhdə görə ki, onlara əməl etməmişəm – bağışlanma istəyirəm”.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930