Şeytanın (lən) bizə hakim olmasına necə mane olaq?
Mьəllif: admin1
Tarix: 5-05-2020, 09:30
Şeytanın (lən) bizə hakim olmasına necə mane olaq?
Hər kim İlahi hidayət yolunu azar şeytanın qucağına düşər. Yəni, o zaman ki, insan İlahi vilayətdən çıxar, şeytanın vilayətinə daxil olar. Şeytan (lən) bir insana hakim olmaq üçün plan cızar və bu plana əsasən dəqiq hərəkətlər edər. Öz işində səbirli və dəqiqdir. Hədəfinə çatmaq üçün təmkinlidir.

Quran məntiqi bizləri şeytanın bu işindən addım-addım xəbərdar edir. “Ey insanlar, yer üzündə olan şeylərin (müxtəlif yeməklər və digər varlıqların) halal və paklarından yeyin, faydalanın və şeytanın addımlarına tabe olmayın ki, o sizin aşkar düşməninizdir”. (“Bəqərə” 168).

Quran dəfərlələ bu mövzuya toxunmuş və insanı qəflətdən ayıltmağa çalışmışdır. Lakin insan hələ də süst və məstdir. Allahın dostluğunu unutmuş və şeytanın özünə dost qərar vermişdir.

“Onun hökmranlığı (və əmri) ancaq onu dost və başçı tutan kəslər və Allaha şərik qoşanlar üzərində (keçərli)dir”. (“Nəhl” 100).

“(Qiyamət günü) iş tamam olduqda(n və cəhənnəmliklər öz yerlərini tutduqdan sonra böyük) şeytan (və birinci İblis bütün cəhənnəm əhlinə xitab edərək) deyər:

«Həqiqətən, Allah sizə haqq vəd verdi (onların hamısı gerçəkləşdi). Və mən sizə vəd verdim və vədimə xilaf çıxdım (heç biri həyata keçmədi). Mənim (dünyada) sizin üzərinizdə, sizi dəvət etməkdən başqa heç bir hökmranlığım yox idi və siz (də) mənim dəvətimi qəbul etdiniz.

Odur ki, məni məzəmmət etməyin, özünüzü məzəmmət edin. İndi nə mən sizin dadınıza yetişənəm və nə (də) siz mənim dadıma yetişənsiniz. Mən bundan qabaq məni itaətdə Allaha şərik qoşmağınıza kafirəm. Həqiqətən, zalımlar üçün ağrılı bir əzab vardır»”. (“İbrahim” 22).

Şeytanın (lən) dostları təkcə cinlər deyildir, insanların bəziləri də şeytanın dostlarıdır. Bu şeytansifətli insanlar başqalarını vəsvəsə etməklə yanaşı, onlardan öz hədəflərinə çatmaq yolunda istifadə edərlər.

Çünki onların başçısı şeytandır və şeytana qulluq edərlər. “Və onlardan bacardığın kəsi öz səsinlə (günaha tərəf) təhrik et və (onları itaətsizliklərə tərəf qovmaq üçün ordundakı) öz süvarilərin və piyadaların ilə onların üzərinə fəryad qopar; və onların mallarına və övladlarına şərik ol və (hər bir vacibin tərk olunmasında və hər bir haramın yerinə yetirilməsində) onlara vəd ver. (Onlar bilməlidirlər ki,) şeytan onlara yalan və hiylədən başqa əsla bir vədə vermir». (“İsra” 64).

Şeytanla necə mübarizə aparaq?

Şeytanla mübarizə aparmağın ilk yolu – düşməni tanımaqdır. Əgər insan düşmənini tanımazsa, onunla heç müxalifətlik belə etməz, o ki, qaldı mübarizəyə. Onun dostunu öz dostu bilər. Allah Təala Quran ayələrində buyurur ki, şeytan sizin düşməninizdir. Əmr edir ki, ona itaət etməyin.

“Ey Adəm övladı, məgər Mən (peyğəmbərlər və öz ağlınız vasitəsilə) sizə buyurmadımmı ki: «Şeytana ibadət etməyin! Şübhəsiz, o sizin açıq-aşkar düşməninizdir?!»”. (“Yasin” 60).

Biz çox zaman bu sözləri eşidirik, ancaq ürəyimizdə buna inanmırıq. Ona görə də ilk addımda biz gərək şeytanı düşmən kimi qəbul edək və buna inanaq. İkinci addımda isə onunla mübarizədir. Yəni, şeytan bizə hər nə desə, onun əksini yerinə yetirək.

İnsanın şeytandan qoruyan amillərdən biri də məada inamdır. Bir çoxları Allaha inansalar da, həqiqətdə məadı qəbul etmirlər. Əgər biz məqsədimizi bilsək, mütləq həmin məqsədə doğru hərəkət etməyə çalışarıq. Əgər yolumuzu azsaq, çalışarıq ki, islah olaq.

Namaz bizləri o zaman şeytandan saxlaya bilər ki, biz namazda Kiminlə söhbət etdiyimizi bilək və Ona diqqət edək. Bu zaman aşiqlə Məşuq arasında rabitə yaranar. Bu rabitə sözsüz ki, şirin olar.

İnsan istəməz ki, sona çatsın. Məcburi sona çatdığına görə məyus olar və bu rabitəni yeniləmək istəyər. Lakin diqqətsiz qılınan namaz yorucu olar. İnsan ona qarşı rəğbətsiz olar.

Kifayətdir ki, bir dəfə təcrübə edək. Azandan bir neçə dəqiqə əvvəl hazır olaq. Sonra ürəyimizdə deyək: “Allahım, bir neçə dəqiqə sonra azan olacaqdır və icazə versən, hüzuruna gəlib, Səninlə rabitə qurardım. Mən dəqiqələri sayıram”.

Azan olandan sonra isə diqqətimizi toplayıb Allah Təalanın qarşısına çıxaq və Ondan qafil olmayaq. Əgər bir dəfə bu rabitənin ləzzətini dadsaq, onun davamlı olmasını istəyərik. Sadəcə bir neçə dəqiqə Allaha diqqət etməyimiz kifayətdir. Namaza qarşı tənbəl olmaq ona görədir ki, Allahla işimiz yoxdur, sadəcə vacibatı yerinə yetirmək istəyirik.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930