Bəzi problemlər qəflətin qarşısını almaq üçündür
Mьəllif: admin1
Tarix: 2-09-2018, 08:56
Bəzi problemlər qəflətin qarşısını almaq üçündür
وَلَوْ بَسَطَ اللَّهُ الرِّزْقَ لِعِبَادِهِ لَبَغَوْا فِي الْأَرْضِ وَلَٰكِنْ يُنَزِّلُ بِقَدَرٍ مَا يَشَاءُ إِنَّهُ بِعِبَادِهِ خَبِيرٌ بَصِيرٌ


"Əgər Allah Öz qullarına bolluca ruzi versəydi, onlar yer üzündə həddi aşardılar. Lakin O, istədiyi şeyi qədərincə göndərir. Həqiqətən, O Öz qullarından Xəbərdardır, Görəndir." (Şura, 27).

İzah: Əksər insanlar rifah və zənginlik zamanı qəflət və qürura düçar olduqları üçün Allah bəzi bəndələrini dünya zinətlərindən və dəbdəbəsindən uzaq tutur ki, onların hidayət yolundan sapmasına mane olsun.

Başqa sözlə, Allah-Taala bəndələrinin həyatın müxtəlif şəraitlərində əhval və tutumlarından xəbərdardır və bilir ki, əgər bəzi bəndələrinə bol nemət versə, onlar öz dini vəzifələrinə əməl etməyəcək, təkəbbür və asilik yolunu tutacaqlar.

Buna görə də Öz rəhmətini onlara nazil edir və onları bu ağır sınaqdan uzaqlaşdırır. Baxmayaraq ki, yoxsulluq və kasıblıq özü də onlar üçün başqa bir sınaqdır.

Hədis: Qüdsi hədis: “Bəzi imanlı bəndələri yalnız ehtiyacsızlıq, bəzi imanlı bəndələri isə yalnız yoxsulluq islah edər.” (Kafi, c. 2, səh. 352, hədis: 8).


(nur-az.com)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930