Bəzi bəlalar əməllərin cəzasıdır
Mьəllif: admin1
Tarix: 2-08-2018, 09:47
Bəzi bəlalar əməllərin cəzasıdır
وَمَا أَصَابَكُمْ مِنْ مُصِيبَةٍ فَبِمَا كَسَبَتْ أَيْدِيكُمْ وَيَعْفُو عَنْ كَثِيرٍ


"Başınıza gələn hər bir müsibət öz əllərinizlə qazandığınız (günahlar) üzündəndir. (Allah) (günahların) çoxunu bağışlayır." (Şura, 30).

İzah: İnsanın azad olmasının mənfi tərəflərindən biri odur ki, bəzi bəndələr başqalarına zülm edir, onlara qətl, qan tökmək, yoxsulluq və s. kimi heç də xoş olmayan müsibətlər yaşadırlar.

Bəli! Əgər padşahlar və qaniçənlər öz dəhşətli cinayətlərindən əl çəksəydilər, sərvət sahibləri və zorakı insanlar başqalarının iqtisadi hüquqlarını tapdamasaydılar, yoxsullara qarşı öz dini vəzifələrinə əməl etsəydilər, həyatda bu qədər faciə və xoşagəlməz hallara şahid olmazdıq.

Bununla yanaşı diqqət etmək lazımdır ki, Allahın qəti ənənəsi belədir: Əgər kimsə Ona bəndəlik və ibadət yolunda addımlasa, təbii səbəb və amillər də onun yardımına tələsərlər.

Amma küfr və itaətsizlik etsə, Allahın təbii nemətlərindən məhrum qalacaqdır. Odur ki, bir çox xoşagəlməz təbii və qeyri-təbii hadisələrin amili fəsad və bəşəri cinayətlərin çoxalmasıdır və bu mövzu ilahi ədalətlə ziddiyyət təşkil etmir.

Hədis: Peyğəmbər (s): “İnsan bədəninin bir ağacla cızılması və ya ayağının büdrəməsi onun etdiyi günahın nəticəsidir.” (Məcməül-bəyan, c. 9, səh. 47).


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930