Allah tərəfindən tövbə fürsəti verilməsi
Mьəllif: admin1
Tarix: 11-08-2018, 21:31
Allah tərəfindən tövbə fürsəti verilməsi
وَعَلَى الثَّلَاثَةِ الَّذِينَ خُلِّفُوا حَتَّىٰ إِذَا ضَاقَتْ عَلَيْهِمُ الْأَرْضُ بِمَا رَحُبَتْ وَضَاقَتْ عَلَيْهِمْ أَنْفُسُهُمْ وَظَنُّوا أَنْ لَا مَلْجَأَ مِنَ اللَّهِ إِلَّا إِلَيْهِ ثُمَّ تَابَ عَلَيْهِمْ لِيَتُوبُوا إِنَّ اللَّهَ هُوَ التَّوَّابُ الرَّحِيمُ


"Geri qalmış üç nəfəri də (bağışladı). Hətta yer üzü öz genişliyinə baxmayaraq onlara dar gəlmiş, ürəkləri (kədərdən) sıxılmış və yəqin bilmişdilər ki, Allahdan (Onun əzabından), ancaq Onun Özünə sığınmaqdan başqa çarələri yoxdur. Sonra (Allah) peşman olsunlar deyə onların tövbəsini qəbul etdi. Həqiqətən, Allah tövbələri qəbul edəndir, Rəhimlidir." (Tövbə, 118).

İzah: Tövbənin üç mərhələsi vardır: 1. Allah tərəfindən tövbə imkanı verilməsi; Birinci mərhələdə Allah bəndələrinin bəzi ləyaqətlərini müşahidə edərək onları tövbəyə və Özünə tərəf qayıtmağa hazırlayır. “تَابَ عَلَيْهِمْ” ibarəsi bu mənaya işarə edir. 2. Bəndənin tövbəsi; Bu mərhələ günahı tərk etməyə və keçmişi düzəltməyə ciddi qərar vermək mərhələsidir. Bu mərhələdə “تاب” (tabə) feili “إلی” (ilə) önqoşması ilə təsirli feilə çevrilmişdir. 3. Allah tərəfindən tövbənin qəbul olunması. Demək, bəndənin tövbəsi hər zaman Allahın iki tövbəsinin arasındadır.

Hədis: İslam peyğəmbəri (s): “Allahın bəndəsinin tövbəsinə sevinməsi sonsuzun dünyaya uşaq gətirmə sevincindən, bir şey itirənin itiyini tapma sevincindən və susuzun su tapma sevincindən daha çoxdur.” (Kənzül-ümmal, c. 4, səh. 205, hədis: 10165).
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930