Dadmaq, danışmaq, rabitə, idarəetmə – dilin misilsiz funksiyaları
Mьəllif: admin1
Tarix: 5-08-2018, 23:11
Dadmaq, danışmaq, rabitə, idarəetmə – dilin misilsiz funksiyaları
Dil – Allahın insana verdiyi ən böyük nemətlərdən biridir. Allah Təala bu nemətin əhəmiyyəti haqqında Quranda buyurur: “Və (eləcə də) bir dil və iki dodaq (vermədikmi)?!”. (“Bələd” 9).

İmam Əli (ə) dil barəsində buyurur: “Dilsiz insan – heykəl, şəkil və faydasız dördayaqlıdan başqası deyildir”.

Bu üzvün funksiyaları ilə tanış olaq:

1. Dadmaq qüvvəsi vardır. O, şirinliyi, acılığı, turşuluğu hiss edər.

2. Yeməyi ötürəndir. Dil yeməyi ağızda bu dişdən o biri dişə aparar və sonra da xırdalanmış qidanı mədəyə ötürər.

3. Danışmaq vasitəsidir. Dilin ən mühüm faydası – danışmaq vasitəsi olmasıdır. İnsan ictimai varlıq olduğu üçün, danışmağa ehtiyacı vardır. Dil də bu işi yerinə yetirir.

Dilin danışıq funksiyaları:

1. Allahla rabitə qurmaq vasitəsidir. İnsan xilqətinin hədəfi – Allaha qovuşmaqdır. Bu yolda insana ibadətlər yardım edər. İbadətlərin əksər hissəsində isə dil mühüm vasitə olar.

2. Başqa insanlarla rabitə qurmaq vasitəsidir. İnsanın dünya və axirət səadəti dilindən asılıdır. Ona görə də Allah insanın kiminlə rabitə qurmasına böyük əhəmiyyət verir və meyarlar təyin edir. Axmaq və nadan insanlarla rabitə qurmaq insana ziyandan başqasını gətirməz.

Əksinə, alim və elmli insanla yoldaş olmaq onu irəli və təkamülə tərəf aparar.

3. Dil – insan şəxsiyyətinin meyarıdır. İmam Əli (ə) buyurur: “Dil – insanlığı ölçən tərəzidir”.

4. Dil – qəlbə nüfuz edən vasitədir. İmam Əli (ə) buyurur: “Heç bir şey dil kimi insan qəlbi üçün aldadıcı və faydasız deyildir”.

5. İnsanları dil vasitəsilə nəhy-əz-munkər və əmr-be-məruf edirlər.

6. Hökm çıxartmaq və idarə etmək dil vasitəsilə olur.

Təbii ki, dilin saysız-hesabsız digrə faydaları da var ki, vaxta qənaət etmək üçün onlara işarə etmirik.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930