Özünə kontrol etmək barədə Qurani-Kərimin açıqlamaları
Mьəllif: admin1
Tarix: 29-07-2018, 17:45
Özünə kontrol etmək barədə Qurani-Kərimin açıqlamaları
Təcrübə göstərir ki, insanın nəfsani istəklərinin ardınca getməsi, onun əlinə və ayaqlarına açılmayan zəncirlər vurar və onu əsir edər.

Qurani-Kərim Həzrət Yusifin (ə) dilindən buyurur: “Mən öz nəfsimi (Allahın diqqət və nəzəri olmadan) təmizə çıxarmaq istəmirəm. Çünki, Rəbbimin rəhm etməsi istisna olmaqla (insanın) nəfs(i) daim pisliyə əmr edəndir. Həqiqətən mənim Rəbbim çox bağışlayan və mehribandır”. (“Yusif” 53).

İmam Əli (ə) buyurur: “Nəfs, insanı pisliyə tərəf çəkər. Hər kim onu boş buraxar, nəfsi onu günahlara tərəf çəkər”.

Qurani-Kərim Allahın Öz peyğəmbərlərinin (ə) özünə nəzarət etməsi barəsində buyurur: “O zaman (qəbilə) qardaşları olan Nuh onlara dedi: «Məgər (Allahın qəzəb və əzabından) çəkinmirsiniz?»”. (“Nuh” 106).

“O zaman (qəbilə) qardaşları Lut onlara dedi: «(Bu şirk və küfrünüzdən) çəkinmirsinizmi?!»”. (“Şüəra” 161).

Həzrət Saleh (ə) barəsində buyurur: “O zaman onların (qəbilə) qardaşları Saleh onlara dedi: «Məgər (şirk və küfrdən) çəkinmirsiniz?»”. (“Şuəra” 142).

Şueyb (ə) barəsində buyurur: “O zaman Şüeyb onlara dedi: «(küfr və şirkinizdən) çəkinmirsinizmi?!»”. (“Şuəra” 178).

İlyas (ə) barəsində buyurur: “O zaman o, öz qövmünə dedi: «Məgər (Allaha qarşı itatəsizlik etməkdən və Ona şərik qoşmaqdan) qorxmursunuz?”. (“Saffat” 124).

Həzrət Peyğəmbərə (s) buyurur: “(Mənim bəndələrimə) de: «Ey Mənim iman gətirmiş bəndələrim, Rəbbinizdən qorxun! Bu dünyada (əməl və etiqadda) yaxşılıq edənlər üçün (həm dünyada, həm də axirətdə) gözəl mükafat vardır. Allahın yeri genişdir (əgər bir yerdə dindarlıq edə bilməsəniz, başqa bir yerə hicrət edin). Şübhəsiz, səbirlilərin mükafatları saysız-hesabsız və kamil şəkildə veriləcəkdir”. (“Zumər” 10).

Beləliklə deyə bilərik ki, özünə kontrol edib, nəfsinə qalib gəlmək – elə mühüm mövzulardandır ki, Mütəal Allah onun barədə hətta Məsum peyğəmbərlərinə (ə) belə göstəriş vermiş və insanları ona əməl etməyə təşviq etmişdir.

Məsumların (ə) dili ilə desək, Allah Təala böyük cihada – nəfslə cihada dəvət etmişdir.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930