Qısa ömürlülüyün amilləri
Mьəllif: admin1
Tarix: 19-07-2018, 09:46
Qısa ömürlülüyün amilləri
Qısa ömürlülüyün amilləri

1- Qohumlarla əlaqəni kəsmək
2- Yalandan and içmək,
3- Yalan danışmaq
4- Zina (bu haqda elmi bəhs bəyan edildi)
5- Müsəlmanların yolunu bağlamaq
6- Haqsız rəhbərlik etmək
İmam Səccad (ə) buyurub: "İnsanı məhv etməyə tələsən günahlar əlaqəni kəsmək, yalan and, yalan danışmaq, zina, müsəlmanların yolunu bağlamaq və haqsız rəhbərlik etməkdir".
7- Leş (cəmdək) yemək
İmam Sadiq (ə) buyurub: "Leşə yaxınlaşaraq onu yemək bədənin zəifləməsi, cismin arıqlaması, gücün süstləşməsinə səbəb olar. Leş yeyən insan, qəfildən ölər" ("Cəmdək” mövzusunda bu barədə elmi söhbət edildi).
8- Yaşlı insanlarla cinsi əlaqədə olmaq

Əmirəlmöminin Əli (ə) buyurub: "Qocalarla yaxınlıq etmək insanların ömrünü məhv edir və sağlam insanları xəstələndirir"
.
Sədəqə, ziyarət və digər işlərin uzun və qısaömürlülüklə əlaqəsi

Sağlamlığın və ömrün az ya çox olmasının, İmam Hüseynin ziyarəti, yalandan and içmək, daim dəstamazlı olmaq, sədəqə və buna bənzər işlərlə nə əlaqəsi ola bilər?

Dünyanın bir çox müasir alimləri gördüklərini maddiyyat eynəyi ilə müşahidə edirlər. Təsəvvür edə bilmirlər ki, bu dünyada gözlə görünməyən, hiss edilməyən və dərk olunmayan həqiqətlər də var ki, öz növbəsində bu işlərdə təsirli rolu var.

Doğrudur ki, bizim üçün də adi yollarla dərk olunan deyil, amma bizimlə onlar (müasir alimlər) arasında fərq var. O da budur ki, biz dinin böyük rəhbərlərindən və hörmətli İmamlarımızdan bir şey eşitdikdə başa düşürük ki, onlar bu mətləbi ilahi yolla əldə ediblər və şübhəsiz bunların hamısı danılmazdır.

Bunu da qeyd etmək lazımdır ki, dünyanın bir çox alimləri Allaha və bu dünyanın digər gizli həqiətlərinə inanaraq ən çox bu dünyanın mürəkkəb sirrləri qarşısında öz acizliklərinə etiraf edirlər. Bunun üçün alimlərdən bir neçə sözü müddəamıza sitat gətiririk.

Kitabın adı: İslam şəriətində sağlamlıq və uzunömürlülük elmi və tibbi sübutlarla
Müəllif: Mehdi Tahiri
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930