Çox zarafat etmək abırı aparar, çox gülmək imanı aparar, çox yalan danışmaq dəyəri aparar
Mьəllif: admin1
Tarix: 23-10-2017, 23:28
Çox zarafat etmək abırı aparar, çox gülmək imanı aparar, çox yalan danışmaq dəyəri aparar

İslam dini gülməyi qəbahətli hesab etmir və hədislərimiz vardır ki, müsəlmanları təbəssüm etməyə və gülməyə dəvət edir. İmam Kazım (ə) buyurur: “Yəhya ibni Zəkəriyyə (ə) ağlayardı və gülməzdi. İsa ibni Məryəm (ə) həm ağlayardı və həm də gülərdi. İsanın (ə) etdiyi, Yəhyanın (ə) etdiyindən daha yaxşı idi”.
İslam dini gülüşün kəmiyyət və keyfiyyətinə çox diqqət edir. Hədislərimiz bizi çox gülməkdən və yüksək səslə gülməkdən çəkindirir. İmam Sadiq (ə) buyurur: “Çox gülmək ürəyi öldürər”. Başqa yerdə buyurur: “Çox gülmək dini su edər, necə ki, su duzu edir”.
İmam Sadiq (ə) buyurur: “Qəhqəhə - şeytandandır”.
İmam Sadiq (ə) buyurur: “Çox gülmək abırı aparır”.
Həzrət Peyğəmbər (s) buyurur: “Çox zarafat etmək abırı aparar, çox gülmək imanı aparar, çox yalan danışmaq dəyəri aparar”.
İmam Sadiq (ə) atasından nəql edir ki, buyurub: “Davud (ə) Süleymana (ə) deyir: “Oğlum, çox gülməkdən çəkin, çünki çox gülmək insanı Qiyamət günü əliboş buraxar””.
İmam Baqir (ə) buyurur: “Nə zaman qəhqəhə çəksən, ondan ayrılandan sonra de: “Allahım, məni düşmən bilmə””.
Qəhqəhənin nəticələri:
- Aqillər onu eyb bilər.
- Cahillər ona cürət əldə edər.
- Əgər nadandırsa - nadanlığı artar, əgər aqildirsə - elmi azalar.
- Düçar olduğu günahı unudar.
- Günah etməyə cürətli olar.
- Axirət qəmini ürəyindən çıxardar və ürəyi ölər.
- Axirətdə çoxlu ağlayar.
Həzrət Peyğəmbər (s) buyurur: “Əgər mənim bildiklərimi siz bilsəydiniz, az gülər və çox ağlayardınız”.
“Buna görə də gərək (küfr və itaətsizlikdən) əldə etdiklərinin cəzası olaraq (həyatları boyu) az gülsünlər və çox ağlasınlar” (“Tövbə” 82).
İmam Sadiq (ə) buyurur: “Səbəbsiz gülmək nadanlığın nişanəsidir. Üç şey Allahın şiddətli qəzəbinə səbəb olar: 1. Gecə oyaq qalmadan yatmaq.
2. Səbəbsiz gülmək.
3. Tox olan zaman yemək yemək”.
Əhli-Beytdən (ə) nəql edilir: “Necə də yersiz yerə gülənlər çoxdurlar. Onların Qiyamət günü ağlaması çox olacaqdır. Necə də Allah qorxusundan ağlayanların sayı çoxdur. Qiyamət günü behiştdə onların şadlıq və gülməyi çox olacaqdır”.
İmam Sadiq (ə) buyurur: “Gülən zaman qabaq dişlər gərək görünməsin ki, bu halda bəyənilməyən iş görmüş olarsan”.
İmam (ə) başqa yerdə buyurur: “Möminin gülüşü - təbəssümdür”.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930