Rövzəxana “Dəstəmazsız dua kitabını oxumayın” deyən kim idi?
Mьəllif: admin1
Tarix: 13-07-2018, 19:30
Rövzəxana “Dəstəmazsız dua kitabını oxumayın” deyən kim idi?
Ayətullah Təclil Təbrizi öz xatirələrindən danışaraq deyir: “İmam Zaman ağanın (ə.f) hüzuruna gedənlərin və onunla görüşəyə nail olanların sayı çoxdur. Mənbələrdən də göründüyü kimi, bəzən Həzrətlə (ə.f) görüşənlər onun kim olduğunu bilməmişdilər.

Bizim günlərimizdə də bu cür hadisələr baş verir və İmam Zaman ağa ilə (ə.f) görüşmək şərəfinə nail olan şəxslərdən biri də mərhum Hacı Molla İsmayil Sərxabi idi. O, Təbrizin məşhur rövzə oxuyanlarından idi.

O, Əhli-Beyti (ə) çox sevən insanlardan idi.

Həmin şəxsin atam Hacı Mirzə Əli Əkbər ilə hekayəsi vardır ki, hər ikisinin dilindən eşitmişəm.

Atam cavan olan zaman, bir mağaza sahibi idi. Atam nəql edir: “Bir gün Hacı Molla İsmayil mənim mağazamda əyləşmişdi. Əlində dua kitabı var idi. Anidən mağazanın önündə bir kişi zahir oldu və ona dedi: “Dəstəmazsız dua kitabını oxumayın”.

Mən soruşdum: “Siz haradan bilirsiniz ki, onun dəstəmazı yoxdur?”. Mənə cavab vermədi və getdi.

Bu zaman Hacı Molla İsmayil narahat oldu ki, görəsən bu şəxs kim idi? Haradan bilir ki, mənim dəstəmazım yoxdur?

Tələsərək onun ardınca qaçdıq, ancaq onda bir əsər tapa bilmədik.

Molla İsmayil dedi: “Mən 40 gün idi ki, İmam Zaman ağa ilə (ə.f) görüşmək üçün dua edirdim. Bu gün son gün idi. Mən hər gün dəstəmazlı halda evdən çıxıram. Ancaq bu günü dəstəmaz almaq yadımdan çıxmışdı”””.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930