Peyğəmbər (s) və İmamlardan (ə) dünya və axirətlə bağlı mühüm nəsihətlər
Mьəllif: admin1
Tarix: 5-07-2018, 16:29
Peyğəmbər (s) və İmamlardan (ə) dünya və axirətlə bağlı mühüm nəsihətlər
Elm bilmək, öyrənmək mənasındadır. İnsanın bildiyi hər bir şey onun elmidir. Təbii ki, bunun da azı və çoxu vardır. Həmçinin elm insanda iki yolla hasil olur.

Biri insanın öyrənməsi yollu ilə, digəri isə insanın öyrəndiklərindən özündə bir şey hasil olması yolu ilə. Yəni insan bildiyi o şeyi heç bir yerdən oxumur, eşitmir lakin öz zehnində və ya daxili aləmində gedən proseslər nəticəsində əldə edir.

Peyğəmbərlərin və imamlarında elmi kimdənsən öyrənməklə olmayıb. Çünki heç bir tarixi mənbədə hər hansı bir elçinin və ya imamın başqa birindən elm öyrəndiyi qeyd olunmur.

Lakin sahəsindən aslı olmayaraq istər dini olsun, istər təbiətlə bağlı bütün suallara cavab veriblər. Bu da onların elm və bildiklərinin birbaşa Allahdan olduğunun göstəricisidir. Quran bu mətləbə həzrət Xizirin (ə) misalında nümunə çəkir:

“(Musa və Yuşə orada) ... Öz tərəfimizdən elm öyrətdiyimiz bəndələrimizdən birini (Xızırı) tapdılar.” (Kəhf-64)

Bütün peyğəmbər və imamətin hər bir kəlməsi ilahi elm və hikmət üzərədir. İstər onların öz zamanında olsun, istər başqa zamanlarda insanların daima bu dəyərli, hikmətli nəsihət və kəlamlarına ehtiyac vardır.

Hədisdə nəql olunur ki, bir şəxs İslam peyğəmbərinin (s) hüzuruna daxil dedi: Ey Allahın rəsulu mənə bir şifariş, bir nəsihət elə! Peyğəmbər buyurdu: “Müsəlman qardaşınla xoş üzlə davran.”

İmam Sadiq (ə) buyurub: “Allah səni əmr etdiyi yerdə görmək istər, çəkindirdiyi yerdə isə görmək istəməz.”

Peyğəmbər (s) buyurub: “Qəhrəman rəqibi yerə sərən deyil, əksinə qəhrəman qəzəblənən vaxt əsəblərinə hakim olandır.”

Bir şəxs peyğəmbərin (s) hüzuruna gəlib dedi: Ey Allahın rəsulu (s) mənə elə həsihət elə ki, həm Allah, həm də insanar məni sevsin.

Peyğəmbər (s) buyurdu: “Əgər istəyirsən Allah səni sevsin, Ondan qeyrisinə üz tutma, təqvalı (imanlı) ol.

Əgər istəyirsən insanlar səni sevsin, onlarla xoş rəftar et və əllərində olanlarına (mallarına) tamah etmə.

Əgər istəyirsən Allah sərvətini artırsın, malını pakla (halal qazan).

Əgər istəyirsən Allah bədənini sağlam etsin çoxlu sədəqə ver.

Əgər istəyirsən Allah ömrünü uzun etsin silə rəhm et (qohumları ziyarət).

Əgər istəyirsən Allah qiyamətdə səni mənimlə birgə etsin, səcdələrini uzat (uzun səcdələr et).”



(İslaminSesi)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930