Bütün İslam aləminin ehtiramla yad etdiyi Ayətulah Bürucerdinin vəfat günüdür - 13 şəvval
Mьəllif: admin1
Tarix: 27-06-2018, 09:44
Bütün İslam aləminin ehtiramla yad etdiyi Ayətulah Bürucerdinin vəfat günüdür - 13 şəvval
Bu gün şəvval ayının 13-ü bütün İslam aləminin ehtiramla yad etdiyi Seyyid Ayətulah Bürucerdinin vəfat günüdür.

Tarix boyu İslamı məzhəblərin, müsəlmanların vəhdətinə, ümumiyyətlə insan haqlarının qorunması yolunda mübarizə aparan şəxsiyyətlərimiz, alimlərimiz olubdur və indi də vardır. Mərhum Ayətullah Seyyid Hüseyn Təbətəbai Bürucerdi də bu kimi şəxsiyyətlərdəndir.

Ayətullah Ruhullah Musəvi Xomeyni və digər alimlər, təqlid mərcəsi müctəhid Seyyid Ayətullah Bürucerdi deyiləndə “Salamullahı ələyh” (Allahın salamı ona olsun) deyərək onun adını çəkib, yad edər.

Ayətullah-üzma Seyid Hüseyn Bürucirdi 1875-ci ildə İranın Lorestan əyalətinin Bürucerd şəhərində doğulmuşdur. Xeyli elm adamı yetişdirən, tanınmış Təbatəbai ailəsinə mənsubdur.

Seyyid Hüseyn Bürucerdi məzhəblər arası dialoqlara və dostluğa çox önəm verər və bu sahədə mühüm addımlar atmışdı. Buna misal olaraq onun (r) və Əl-Əzhər Universitetinin rektoru Şeyx Əbdülməcid Səlimin təşəbbüsü ilə yaradılmış "İslam məzhəblərinin yaxınlaşması" təşkilatını misal çəkmək olar.

Həmçinin Seyyid Bürucerdinin əməyi sayəsində Əhli-Sünnə alimi Mahmud Şəltutun fətfası ilə Şiə məzhəbi Əhli-sünnə alimləri yanında rəsmiyyət əldə etmişdir.

Ayətullah Bürucirdinin daha bir xidməti isə təhsil sistemindəki islahatlarla əlaqədardır. O, müasir elmlərin İslam dini ilə ziddiyyət təşkil etmədiyi qənaətində olmuşdur. Bunun üçün də mədrəsələrdə təbiət elmlərinin tədrisini təşkil etmişdir.

Bürucirdi İslam elmlərinə dair xeyli kitabların müəllifidir. Həmçinin o, Murtuza Mütəhhəri və Məhəmməd Ələvi Gürgani kimi bir sıra görkəmli tələbələr yetişdirmişdir.

Ayətullah-üzma Seyid Hüseyn Bürucirdi 1961-ci il martın 30-da Qumda vəfat etmiş və Məscidül-Əzəm məscidinin girişinin yaxınlığında dəfn edilmişdir.


(İslaminSesi)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930