Xəvariclər niyə haqqdan azdılar?
Mьəllif: admin1
Tarix: 25-06-2018, 21:42
Xəvariclər niyə haqqdan azdılar?
Bu dəstə bir çox yerlərdə haqqı danmış və yollarını azmışdırlar. Lakin onlardan bəzilərinə işarə edirik:

1. Əhli sünnət əqidəsinə əsasən Əli (ə) Peyğəmbərin (s) dördüncü xəlifəsi idi lakin şiə əqidəsinə əsasən O həzrət birinci İmam və Allah Peyğəmbərinin vəsisi və canişinidir ki, ondan itaət etmək vacibdir. Amma Nəhrəvan əhalisi o həzrətlə müxalifət edib nəticədə o həzrətlə müharibə etdilər ki, ən böyük haqq yoldan azmaq kimi sayılır.

2. Xəvaric elm və dindən bəhrələnmədiyi üçün Siffeyn döyüşündə İmamların Quranı nizələrə keçirməsi hiyləsindən sonra dedilər: Bunlar da bizim kimi müsəlmandırlar onlarla müharibə etmək olmaz lakin Əli (ə) ki, Əməvilərlə saziş bağlamağa razı deyildi məcbur etdilər hakimiyyətə razılıq versin, lakin qəbul etdikdən sonra O həzrətlə müxalifət etdilər.

3. Xəvariclərin İmam Əliyə (ə) tutduqları nöqsanlardan biri də bundan ibarət idi ki, deyirdilər: "" إن الحکم الا لله ayəsinə əsasən hökm yalnız Allaha məxsusdur və odur ki, həkəmeyni qəbul etmək yəni Quran və qeyd olunmuş ayəyə diqqətsizlik! Ayədən bu cür səhv anlayış əldə etmək bu məzhəbin digər çaşqınlıqlarından sayılır.

4. Onların başqa bir haqdan uzaq olmalarından biri də bu idi ki, deyirdilər: Hər kəs kəbirə günah etsə İslamdan çıxmış və kafir sayılır, yalnız o halda ki, tövbə edib müsəlman ola.

Buna əsasən müsəlmanların can və mallarını özləri üçün halal bilirdilər. Amma O həzrətin müaviyəylə müharibə etməsi barəsində şübhə içində qalması, kifayətdir Həzrətin Siffeyndə Şam camaatına söylədiyi sözlərə diqqət etmək lazımdır ki, döyüş meydanından qaçdılar.

Həzrət buyurdu: (Gedin) onlardan qalanlarını öldürün çünki onlar şeytanın dostlarıdırlar, öldürün o şəxsləri ki, Allah və onun Peyğəmbərinin dediklərini yalan sayırlar.

Bunun üçün də O həzrət Müaviyəylə müharibə etməkdə iki fikirli deyil bəlkə bunu istəyir və öz tərəfdarlarını bu işə dəvət edirdi.

Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031