ƏDƏB VƏ HƏYA QAYDALARINA RİAYƏT
Mьəllif: admin1
Tarix: 30-06-2015, 16:21
ƏDƏB VƏ HƏYA QAYDALARINA RİAYƏT

Hücr ibni Ədi və Əmr ibni Həməq İmam Əli (əleyhissalam)-ın şücaətli və vəfalı silahdaşları idilər. Onlar Siffeyn mühari-bəsində Şam ordusundan zara gəldiklərini izhar edir və onlara nalayiq sözlər deyirdilər.
Bu xəbər İmam Əli (əleyhissalam)-a çatdı. İmam onlara sifariş göndərdi ki, nalayiq sözlər danışmayın və təhqir edici sözlər söyləməyin. O iki nəfər Əli (əleyhissalam)-ın hüzuruna gəlib ərz etdilər: “Məgər biz haqq deyilik?”
İmam buyurdu: “Haqqıq”
Ərz etdilər: “Məgər Şam ordusu (Müaviyənin silahdaşları) batil xəttində deyildirlər?” İmam buyurdu: “Bəli, onlar batildirlər.”
Ərz etdilər “Bəs, niyə bizi onlra nalayiq sözlər deməkdən çəkindirirsən.?”
İmam buyurdu:
“Mən sevmirəm ki, siz nalayiq sözlər söyləyəsiniz. Amma əgər onların əməllərini ifşa etmiş və onların yoldan çıxmalarını söyləsəydiniz dedikləriniz daha düz və üzrünüz qəbul olunardı.” Sonra buyurdu: “Gərək pis sözlər demək əvəzinə belə dua edəydiniz.” “İlahi! bizim və onların qanını hifz et! Bizimlə onların arasını düzəlt, və onlara yol azmaqdan nicat ver, bundan ötəri ki, xəbərsizlər haqqı tanısınlar və haqq ilə düşmənçilik edənlər özlərinin bu pis əməllərindən əl götürsünlər.”
Əsəri toplayan deyir: “Qurani məciddə “Ən”am” surəsinin 108-ci ayəsində belə oxuyuruq:
“Allahdan başqasını məbud seçənləri söyməyin, əks halda onlar da zülm və cəhalət üzündən Allahı söyələr.”
Bəzi rəvayətlərə görə möminlərdən bir çoxunun bütpərəstlər və onların əməllərindən şiddətli surətdə narahatlıqları olduğuna görə onları bütlərinə təhqir edici sözlər deyirdilər. Belə bir vaxtda Quran yuxarıkakı ayə ilə aşkarcasını onların bu məsələdən çəkindirdi.
Beləliklə görürük: “Nəhcül-bəlağə” və Quran əmr edirlər ki, müsəlmanlar hətta düşmənlərin müqabilində belə ədəb və həya üsullarına əməl etsinlər.
Çünki, söyüş və pis sözlər ilə yolunu azmışları haqqa tərəf sövq etmək mümkün deyil, əksinə, bu iş düşmənin daha da tərsləşməsinə səbəb olacaqdır. Beləliklə məlum olur ki, gərək insanlar məntiq, dəlil və nəzakətli əxlaqla, İslama doğru cəzb olunsunlar.
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031