İmam Əlinin (ə) bütün müharibələri yalnız din uğrunda idi
Mьəllif: admin1
Tarix: 2-07-2016, 16:02
İmam Əlinin (ə) bütün müharibələri yalnız din uğrunda idi

Bəzi cahil və ya qərəzli insanlar belə bir şübhə ortaya atırlar ki, guya İmam Əli (ə) ilə Müaviyə (lən) arasında savaş dini səciyyəli deyil, aralarında olan müharibə siyasi müharibə olmuşdur.
Başa düşülən budur ki, onların bu şübhəni ortaya atmağlarında maraqları Müaviyənin guya dindar olmasını müdafiə etməkdir. Və həmçinin bu şübhə ilə digərlərini də müdafiə etməkdir.
Lakin bu şübhə kökündən batil olan bir şübhədir. Bunu isbat eləmək üçün əlimizdə gözəl bir dəlil var. İmam Əli (ə) Peyğəmbər (s) tərəfindən sığortalanmışdır ki, özündən sonra Quranın təvili (batini mənası) uğrunda vuruşacaqdır. Bəs Müaviyə və digərləri nə uğrunda vuruşublar?! Onlar Quranın batini mənasını dəyişmək istədikləri üçün, İmam Əli (ə) onlarla Quranın batini mənası uğrunda vuruşmuşdur.
Mövzu ilə bağlı təqdim edəcəyimiz dəlil budur: Əhli-sünnənin hədis alimi əl-Hakim ən-Nisəbur səhih sənəd ilə hədis 4621-də nəql edir: Əbu Səid əl-Xudri deyir: “Rəsulullahla (s) birgə olduqda o Həzrətin (s) ayyaqqabısı cırılmışdır və Əli (ə) onun ayaqqabısını tikdiyinə görə bizlərdən bir qədər geriyə qaldı. Rəsulullah (s) bir az yeridikdən sonra buyurdu: "Quranın nazil olması uğrunda (müşrüklərlə) mənim vuruşduğum kimi, sizlərində içinizdən birisi olacaq ki, Quranın təvili (batini mənası) uğrunda vuruşacaqdır". Camaat bu sözün marağında idi. Birinci xəlifə dedi: "O, mənəm?". Rəsulullah (s) buyurdu ki, xeyr. İkinci xəlifə dedi: "O mənəm?". Rəsulullah (s) yenə buyurdu ki, xeyr. “O, ayaqqabını yamayandır”.
Əbu Səid əl-Xudri buyurur: "Biz (səhabələr) gəldik ki, İmam Əliyə (ə) müjdə verək ki, Rəsulullah (s) sənin üçün belə bir söz dedi. Amma o, başını da belə qaldırmadı. Elə bil ki, bunu Rəsulullahdan (s) özü eşitmişdir".
Hədisdən sonra əl-Hakim və əz-Zəhəbi hədisin Buxari və Müslümün şərtinə əsasən səhih olduğunu təsdiqləyiblər.
Hədisdən çıxarılan digər dəlil də budur ki, İmam Əli (ə) – Həzrət Peyğəmbərin (s) haqq canişinidir. Niyə? Çünki, Quranın nazil olma uğrunda Həzrətin (s) özü vuruşdu, təvili uğrunda isə o Həzrətin (s) haqq canişinindən başqası kim vuruşa bilər ki?! Quranın batini mənasını haqq canişindən başqası kim bilə bilər ki?! Təbii ki, Peyğəmbərin (s) haqq canişini olan İmam Əli (ə).

Allahverdi Əlizadə,
“Dəyərlər”in oxucusu
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031