Səcdəyə gedərkən əvvəlcə əlləri yoxsa dizləri yerə qoymaq lazımdır?
Mьəllif: admin1
Tarix: 19-06-2022, 10:52
Səcdəyə gedərkən əvvəlcə əlləri yoxsa dizləri yerə qoymaq lazımdır?
Səcdəyə gedərkən əlləri yoxsa dizləri əvvəlcə yerə qoymaq barədə İslam məzhəblərinin görüşləri fərqlidir.

Cəfər məzhəbinin fiqhinə görə, əlləri, yəni barmaqları dizlərdən daha əvvəl yerə qoymaq müstəhəbdir.

Barmaqlar yerə qoyulduqdan sonra dizlər yerə qoyulur. Əksinə, səcdədən qalxarkən əvvəlcə əlləri yerdən qaldırmaq, daha sonra dizləri yerdən götürmək müstəhəb sayılır.

Amma əhli-sünnə məzhəbində səcdəyə gedərkən əvəlcə dizləri, sonra əlləri yerə qoymaq məsləhət görülür. Hətta əhli-sünnə mənbələrində rəvayət edilən hədislərdə “dəvə kimi səcdəyə getməmək” tövsiyə edilir.

Məlum olduğu kimi, dəvə çökərkən əvvəlcə arxa ayaqlarının dizlərini qatlayır, sonra qabaq ayaqlarının dizlərini yerə qoyur.

Qeyd edək ki, səcdənin bu xırdalıqları vacib deyil, müstəhəb xarakter daşıyır və bu qaydanın pozulması namazın düzgünlüyünə təsir etmir.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930