Səcdə zamanı yanaqlarını möhürün üstünə qoyulmasının mənası nədir?
Mьəllif: admin1
Tarix: 2-08-2020, 20:21
Səcdə zamanı yanaqlarını möhürün üstünə qoyulmasının mənası nədir?
İslam şəriətinə görə, namazda vacib olan səcdə alnın yerə qoyulması ilə baş tutur və üzrsüz yerə (yara və sairə halları çıxmaqla) alından başqa sifətin hər hansı hissəsini yerə qoymaqla səcdə düz olmaz.

Amma müstəhəb olan bəzi səcdələrdə yanaqlar da yerə qoyulur. Şükür səcdəsini etməyin müstəhəb qaydası odur ki, əvvəlcə adi qaydada alın ilə səcdə edilir.

Sonra əvvəlcə sağ yanaq, daha sonra sol yanaq möhürün üzərinə qoyulur və müstəhəb zikrlər deyilir. Axırda yenə adi qaydada səcdə edilir. Buna şəriətdə “tə’fir” deyilir.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930