Qadınlara məxsus olan qüsllərın hökmləri
Mьəllif: admin1
Tarix: 17-01-2021, 21:21
Qadınlara məxsus olan qüsllərın hökmləri

1. Heyz

Qızın doqquz yaşından tez gördüyü qan heyz deyil, hərçənd heyzin nişanələri olsa belə.

Qadının heyzdən pak olduqdan sonra gördüyü ləkələr, qan deyilsə heyz hökmündə deyil, amma qan olarsa hətta sarı ləkə halında, bu halda əgər onun ümumi qan gördüyü müddət on gündən çox deyilsə, o ləkələrin hamısı heyz hökmündədir. Bunu müəyyən-ləşdirmək qadının öz öhdəsindədir.

Hamiləlikdən qorunmaq üçün dərman (tablet) istifadə edən qadınların adət vaxtlarında və başqa vaxtlarda gördükləri ləkələr heyzin şəri şərtlərilə uyğun olmazsa heyz hökmündə deyil, istihazə sayılır.

Müəyyən aylıq adəti olan bir qadının; məsələn, hər ay yeddi gün heyz olan qadının adət müddəti, hamiləlikdən mexaniki qorunma yəni spiral qoymaq nəticəsində dəyişə və hər dəfə on gündən artıq məsələn, on iki gün qan görə, adət günlərində gördüyü qan heyz və qalanları istihazə sayılır.

Qadının hamiləlik dövründə gördüyü qanda heyzin şərtləri və nişanələri olarsa və ya adət vaxtlarında olarsa heyz qanıdır, hərçənd daxildə cari ola və bayıra çıxmaya, amma onun şərtləri və nişanələri onda olmasa istihazə sayılacaq.

Haizin hökmləri

Cünub şəxsə haram olan bütün işlər haiz (heyz olan) qadına da haramdır.

Əgər qadın heyz halında, cünub ya cənabət halında heyz ola, heyzdən pak olduqdan sonra vacibdir heyz qüslündan əlavə cənabət qüslü də, versin. Qeyd edək ki, təkcə cənabət qüslü verərsə, heyz qüslü verməyə ehtiyac yoxdur, hərçənd müstəhəbdir ki, hər ikisini birlikdə niyyət etsin.

Heyz halında edilən cənabət qüslünün səhih olması işkallıdır.

Əgər bir qadının müəyyən bir gündə oruc tutmağı nəzir etdiyi üçün, o gün oruc ola və günün arasında heyz ola, orucu adət (heyz) olan kimi batil olur (hərçənd günün bir hissəsidə ola) və pak olduqdan sonra onun qəzasını tutmaq vacibdir.

2. İstihazə

Qadının yaisə dövründə gördüyü qan istihazədir. Buna əsasən atası Haşimi (seyid) olmayan qadınlar hərçənd anası seyid ola, yaisəlik yaşından sonra qan müşahidə edərsə istihazə hökmündə olacaqdır.

3. Nifas (doğuş qanı)

Uşaqsaldırmadan (kürtaj) sonra qadından gələn qan (hətta uşaq ələqə "bağlı qan" halında olsa belə) nifas hökmündədir.

Haizə haram olan bütün işlər nifas qanı görən qadına da haramdır.


Şəriət hökmləri Mərcəi təqlid Ayətullah Üzma Seyid Əli Hüseyn Xameneinin fətvaları əsasında hazırlanmışdır.

Ahlibeyt.ge

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930