Nəcasətin sübuta yetmə yolları və pak şeyin nəcis olması
Mьəllif: admin1
Tarix: 7-03-2021, 11:58
Nəcasətin sübuta yetmə yolları və pak şeyin nəcis olması
Nəcasətlə əlaqəli müxtəlif məsələlər

Haram yolla cünub olan şəxsin təri pakdır, amma vacib ehtiyata əsasən bu tərlə namaz qılmaq olmaz.

Haram ət və (donuz əti kimi) nəcis yeyən şəxsin təri və ağzının suyu pakdır.

Paltarı yuduqdan sonra az miqdarda qalın rəng izi pakdır bu şərtlə ki, nəcasətin özü olmasın, təkcə rəng olsun.

Qusmaqla mədədən qaytarılanlar pakdır, istər südəmər körpənin olsun, istər həm süd və həm başqa yemək yeyən uşağın, istərsə də, həddi-büluğa çatmış insanın.

Nəcasətin sübuta yetmə yolları

Bir şeyin nəcis olması üç yolla sübuta yetir:

1.Bir şeyin nəcis olduğuna insanın yəqin etməsilə;

2.(Ev sahibi, satıcı və xidmətçi kimi) bir şəxsin ixtiyarında olduğu şeyin nəcis olmasını xəbər verməsilə;

3.İki adil (ədalətli) şəxsin şəhadətilə.

Həddi-büluğ astanasında olan uşağın ixtiyarında olan bir şeyin nəcis olmasını xəbər verməsini qəbul etmək lazımdır, yəni onun dediyi etibarlı sayılır.

Pak şeyin nəcis olması

Pak şeyin nəcis olması üçün dörd şərt lazımdır:

1.Pak şey (nəcisə və ya) nəcis şeyə toxuna;

2.Hər ikisi ya ikisindən biri (yaş ya) rütubətli ola;

3.Nəcisin rütubəti pak şeyə sirayət edə (keçə);

4.Bədən daxilində toxunmaya.

Parça və bu kimi şey yaş olarsa, onun bir hissəsi nəcisə toxunduqda təkcə nəcisə toxunan hissə nəcis olur.

Ağıza daxil olan su damaqda quruyub (bərkiyib) qalmış qana toxunarsa, ağızdan çölə çıxdıqda pak sayılır, baxmayaraq ki, (müstəhəb) ehtiyat ondan qorunmaqdadır. Həmçinin o qana toxunan yemək də pakdır və onu udmağın eybi yoxdur, necə ki, ağzın içi də pakdır.

Birinci mütənəccis (yəni nəcisin özünə toxunmaqla nəcis olan şey) pak bir şeyə toxunarsa (ən azı) onların biri yaş olduqda (132-ci məsələnin ikinci və üçüncü bəndində deyildiyi kimi), pak şey nəcis olur, yenə də əgər ikinci mütənəccis (yəni birinci mütənəccisə toxunmaqla nəcis olan şey) pak bir şeyə toxunarsa (rütubət keçdiyi halda) ehtiyat vacibə əsasən onu da nəcis edir, amma üçüncü mütənəccis heç bir pak şeyi toxunmaqla nəcis etmir.

Nəcasətin hökmləri

Nəcis şeyi yemək və içmək haramdır. Həmçinin onu onun nəcisliyindən xəbəri olmayan bir şəxsə yedirtmək də, caiz deyil. Amma əgər insan birinin nəcis yemək yediyini ya nəcis paltarla namaz qıldığını görərsə, onun nəcis olduğunu ona xəbər vermək lazım deyil.

Paltar yuyan şəxsi paltarın nəcis olmasından agah etmək lazım deyil, amma paltar sahibi nə qədər ki, paltarın pak olmasına yəqin etməyib, pak sayılmayacaqdır.

Qonaq ev sahibinin əşyalarından birini nəcis edərsə ev sahibinə xəbər verməsi lazım deyil, amma əgər nəcis etdiyi şey yeməli ya içməli və ya yemək ya içmək qabı olarsa, xəbər verməsi lazımdır.

Şəriət hökmləri Mərcəi təqlid Ayətullah Üzma Seyid Əli Hüseyn Xameneinin fətvaları əsasında hazırlanmışdır.

Ahlibeyt.ge
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930