Peyğəmbərimiz (s) qazanc ardınca olmayan müsəlmanı görəndə, deyərdi: “Gözümdən düşdün...”
Mьəllif: admin1
Tarix: 4-05-2018, 22:14
Peyğəmbərimiz (s) qazanc ardınca olmayan müsəlmanı görəndə, deyərdi: “Gözümdən düşdün...”
Haram mal yemək insanı dünyada da, axirətdə də həlak edər. Və o kəs ki, haram maldan çəkinər, təqvaya və səadətə nail olar. İnsanın bu dünyada yaşaması üçün yeməyə, geyinməyə və başqa şeylərə ehtiyacı vardır ki, onları gərək halal yolla əldə etsin və haramdan çəkinsin.

Çünki Peyğəmbərimiz (s) buyurur: “Halalı istəmək hər bir müsəlman kişi və qadına vacibdir”.

Rəsuli-Əkrəm (s) yenə buyurur: “Hər kim halal istəmək yolunda yorulduğu halda gecəyə daxil olar – bağışlanmış halda gecəyə daxil olmuş olar”.

Həzrət (s) buyurur: “Hər kim öz əlinin zəhmətindən yeyər, Siratdan işıq kimi keçər”.

“Hər kim öz əlinin zəhmətindən yeyər, Allah ona rəhmətlə nəzər salar və ona heç bir zaman əzab etməz”.

“İbadətin 70 hissəsi vardır və onların ən üstünü halal istəməkdir”.

“Hər kim öz əlinin zəhmətindən yeyər, Allah behiştin qapılarını onun üzünə açar ki, hansı qapıdan istəsə, oradan daxil olsun”.

“Hər kim öz əlinin zəhmətindən yeyər, Qiyamət günü peyğəmbərlərdən hesab olunar və peyğəmbərlərin əcrini alar”.

Nə zaman Peyğəmbər (s) bir müsəlmanla rastlaşsa idi, ondan soruşardı ki, gəlirin vardırmı? Əgər desəydi ki, yoxdur, buyurardı: “Gözümdən düşdün”. Soruşanda ki, niyə? Buyurardı: “Çünki əgər möminin gəliri olmazsa, din ilə qazanc əldə edər”.

Həzrət (s) buyurur: “Hər kim 40 gün halal yeyərsə, Allah Təala qəlbini aydınlandırar və hikmət bulaqlarını qəlbindən dilinə axıdar”.

Peyğəmbərimiz (s) səhabələrinə buyurur: “Yeməyini pak və halal et ki, duan qəbul olunsun”.

İmam Sadiq (ə) buyurur: “Allah o kəs üçün zamindir ki, Onun günahından çəkinər. Onu məkruh bildiyi haldan, sevdiyi hala salar. Ruzisini güman etmədiyi yerdən çatdırar”.

Ona görə də deyə bilərik ki, haram maldan çəkinmək insana təqvanı və dindarlığı bəxş edər. Onu Allah yanında əziz edər və axirətini abad edər.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930