Hz.Əli (ə) hərəmini ziyarət edən amerikalı professor xanım Livine İslamı qəbul etməyindən danışdı
Mьəllif: admin1
Tarix: 27-04-2018, 21:31
Hz.Əli (ə) hərəmini ziyarət edən amerikalı professor xanım Livine İslamı qəbul etməyindən danışdı
Amerikalı professor Xanım Maria Levine Seneqal müsəlmanları və məsihiləri arasında koordinatordur.

İslaminSesi.info – Hawzahnews-ın verdiyi məlumata görə Seneqal müsəlmanları və məsihiləri arasında koordinator olan amerikalı professor xanım Maria Levine Nəcəful-Əşrəfdə İmam Əlinin (ə) müqəddəs hərəmini ziyarət edib.

Xanım Maria müsəlmanlar arasında müşahidə etdiyi ülfət və sevgiyə toxunaraq deyib:

“Miçiqanda, Seneqalda və Livanda müsəlmanlarla görüşlərim, onların gündəlik yaşam davranışları, ədəb və əxlaqları ilə tanış olduqca onların sevgi və ülfətlərini hiss etdim.”

Xanım Maria: “Mənim Hənif İslam dininə üz tumağımın səbəbi onlarda gördüyüm əxlaq, əmanətdarlıq və məsuliyyətçilik oldu. Mən bu ziyarət əsnasında İmam Əlinin (ə) həyat tarixcəsi, qəhrəmanlıqları, əxlaq və hikmətli kəlamları ilə, o cümlədən şücaət və təqvasını əks etdirən fəzilətləri ilə tanış oldum.”

Ziyarətin sonunda İmam Əli (ə) ziyarətgahının idarəsi tərəfindən professor xanım Maria Leveneyə İngilis dilində “Nəhcül-bəlağə” və müqəddəs hərəmin tarixini əks etdirən kitab təqdim olunub.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930