“Biz səni müjdəçi və qorxudan göndərdik” – Peyğəmbər müjdə verəndir, qorxudan?
Mьəllif: admin1
Tarix: 27-04-2018, 10:19
“Biz səni müjdəçi və qorxudan göndərdik” – Peyğəmbər müjdə verəndir, qorxudan?
Peyğəmbərlər (ə) Allah Təalanın elçiləridir. Qurani Kərin bu ilahı elçıləri vəzifələrinə və ilahi vəhyi almalarına görə müxtəlif cür təqdim etmişdir.

Məsələn bəzisini rəsul, bəzisini nəbi və ya ulul-əzm adlandırmışdır. Bütün peyğəmbərlər Allahın elçiləri, vəhyin daşıyıcılarıdır. Allah Təala bəşər yaranandan daima insanlar arasından bu yükü daşıya biləcək insanları seçmiş və vəhy əmanətini onlara təslim etmişdir.

Onların da vəzifəsi insanları bu vəhydən xəbərdar etmək, yalnız ilahi əmrləri çatdırmaqdır. Bu yolda bütün peyğəmbərlər öz vəzifələrini layiqincə yernə yetirmiş, heç biri öz vəzifəsində, həyatının müxtəlif sahələrində heç bir səhvə və xoşa gəlməz amillərə yol verməmişlər.

Qurani Kərim elçilərinin göndərilməsini bir çox səbəblərlə qeyd edib. Məsələn qorxudan, müjdə verən, öyrədən, xatırladan, paklayan, günahlardan təmizləyən (onlar üçün əfv diləyən), rəhbər, başçı, hakim və sair. Bütün bunlar arasında ən çox qeyd olunan qorxudan və müjdə verən ifadələridir.

Quranda buyurulur: Ya Peyğəmbər! Həqiqətən, Biz səni (ümmətinə) bir şahid, bir müjdəçi və bir qorxudan kimi göndərdik! (Əhzab-45).

İlkin baxışda müjdə verənlə qorxudan kəlmələri arasında ziddiyyət görünsə də, həqiqətdə belə deyildir. Digər Quran ayələri, hədis və təfsirlərə müraciət etdikdə məsələnin mahiyyətini anlamaq olur.

Müjdə verən xoş aqibət vəd edən mənasındadır. Bu istər dünyada olsun, istər axirətdə. Allah Təala yaxşı əməl sahiblərini və iman gətirənləri böyük mükafatla müjdələyir. Onlara dünyada izzət, axirətdə isə əbədi cənnət vəd edir.

Qorxudan isə pis əməl sahiblərinə aiddir. Peyğəmbərlər necəki iman gətirənləri xoş aqibətlə müjdələyir, həmçinin şirk və günah əhlini də ilahi əzabla təhdid edib qorxudur.

“Xeyr, o səndən əvvəl peyğəmbər göndərilməmiş bir qövmü (Allahın əzabı ilə) qorxutmağın üçün Rəbbindən (nazil) olan bir haqdır. Bəlkə, doğru yola yönələlər!” (Səcdə-3)


(İslaminSesi)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930