İlahi ziyafət süfrəsinin əsas ruzisi
Mьəllif: admin1
Tarix: 3-04-2018, 22:22
İlahi ziyafət süfrəsinin əsas ruzisi
İndi Rəcəb ayıdır, daha sonra Şaban ayı gələcək və daha sonra İlahi ziyafət başlayacaq Ramazan ayında.

Ziyafət, qonaqlıq – necə rahatdır bizə, o cür deyə bilərik. Amma gərək fikrimizdə o qonaqlıqları tutmayaq ki, orada bizə yemək-içməkdən, demək-gülməkdən savayı bir şey qalmır.

Bu qonaqlığı necə anlayaq?

Nəfsimizin qonaqlığı deyək bəlkə ona.

Ev Sahibi ruhun və hər şeyin Sahibidir bu qonaqlıqda. Və O, nemətlər süfrəsi açıb qarşımızda. Əgər süfrədəki nemətlərdən bəhrələnə bilsək, nəfsimizi doyuzdurub gözəlləşdirəcəyik. Halbuki, bu qonaqlığa çirkin nəfslə gəlmişik.

Bu süfrədəki nemətlərdən biri – təqvadır. Onu bu süfrədən götürə bilsək, nəfsimiz onunla bəzənəcək.

Nəfsimiz təqvalı olsa, pəhrizkar olacağıq. Yəni pəhriz edən. Hər şeyi edən deyil, seçimlə yaşayan.

Allahın bəyəndiyi şeylərə əməl edəcəyik, Allahın razı olmadığı, bəyənmədiyi şeylərdən pəhriz edəcək, çəkinəcəyik.

Fitri isdedadlarımız üzə çıxacaq və biz bir az da yaxşı insan olub, daha yaxşı insan kimi yaşayacağıq.

Ramazan ayının bu təqva qonaqlığı ilə sonrakı aylarda yaşamağa davam edəcəyik və ehtimal var ki, yaxşı olsaq, növbəti Ramazan ayına kimi nəfsimizi gözəl, pak halda saxlayacağıq.

Ola bilər ki, növbəti Ramazan ayına çatmayaq. Bu zaman Allaha yaxın halda dünyadan gedəcəyik. Pəhrizkar ruhla bu yaxın dünyanı tərk edib, o biri dünayaya – axirətə keçid edəcəyik.

Pəhrizkar olaraq yaşamağa davam etsək, özümüz və ətrafımız üçün cənnət quracağıq. Gözəl, ali ruhiyyəli insanların yaşadığı yer, məkan olacaq bura.

İlahi qonaqlığa hamı dəvətlidir.

Amma hamı hazırdırmi?

İnanmazsınız yəqin, əgər kimsə bir qonaqlığa hazırlaşmadan gedə. Getsə, ancaq öncədən yaxşı qonaqlıq təcrubəsi olan gedər.

Bir qonaqlığa gedəndə səliqə-sahmanımıza diqqət edirik, ən gözəl geyimlərimizdən geyinirik, orada ədəbli olacağımıza özümüzü hazır edirik, ev sahibinə, bəzən də dostlara hədiyyələr hazırlayırıq.

Ramazan ayı qonaqlığı başlamazdan əvvəl, o qonaqlığın bizim üçün baş tutması üçün irəlicədən hazırlaşmalıyıq.

Bunun üçün gərək Rəcəb ayında nəzərdə tutulan əməllərdən yerinə yetirməyə səy edək.

Bu ayın ualarında Allaha yalvarışlar var və mənasız deyil hər halda, niyə İlahi ziyafətdən öncə bu qədər bağışlanma istənilir – bu barədə düşünməliyik.

Diqqətlə baxsaq, görürük ki, bizim etməli olduqlarımızın arxasında iştirakımızın istənilməsi var.

Bizim iradəmizin ortaya qoyulması var.

Qarşıdan gələn qonaqlıqda paylanan ruzinin əldə olunmasında iradəmizin işə salınması var.

Elə bil biz istəyirik bir gözəl çiçək açsın bizim üçün Ramazan ayında, amma o çiçəyin toxumunu əkib ona su vermirirk.

Elə belə də deyilir – Rəcəb ayında bir toxum əkin, Şabanda onu sulayın ki, o, Ramazan ayında çiçək açsın.

Elə dinimiz də bizə belə öyrədir – bir şeyin baş verməsi üçün səbəblərin tam olması, yəni bir yerdə cəm olması baş verməlidir. Həmin səbəblərdən biri isə həmişə, mütləq bizim iradəmizdir, yəni bizim iştirakımızdır.

Yəni biz Allahdan bir şey istəsək, onun olması üçün bütün səbəblərin olması ilə yanaşı, öz iradəmizin də olmasını nəzərə almalıyıq.

Ona görə də əgər Ramazan ayında bağışlanmaq istəyiriksə, bu ayın əsas hədəfi olan təqvaya çatmaq istəyiriksə, gərək bunun üçün lazım olan – bizdən asılı olan – səbəbi ortaya qoyaq. Heç şübhəsiz, bizdən asılı olan səbəb – bu aydan başlayaraq edəcəyimiz mənəvi səylərimizdir.

Tutduğumuz oruclar, oxuyub, mənasına vardığımız dua və münacatlar, özümüzü və Allahı tanımaq üçün əldə etdiyimiz biliklər, verdiyimiz sədəqələr və s. – bir sözlə, Allah dərgahına yaxınlaşa bilmək üçün olan bütün əməllər – həmin mənəvi səylərimizdir.

Allah hər birmizə nəsib etsin ki, bu səylərdən qafil olmayaq.




Ülviyyə Bədəl
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930