Məsumlar (ə) nə vaxt sevinir?
Mьəllif: admin1
Tarix: 26-03-2018, 21:05
Məsumlar (ə) nə vaxt sevinir?
İmam Sadiq (ə) buyurur: “O zaman ki, mömini şad edərsiniz, biz də onun şadlığı ilə şad olarıq”. (Həvzəh)

Məsumların (ə) şadlığının dəqiq meyarları vardır. Allah bəyənən əməli etmək – Əhli-Beyti (ə) sevindirmək deməkdir.

Həzrət Rəsuli-Əkrəmdən (s) nəql edilən məşhur mübarək hədisdə Məsumların (ə) sevincinin konkret misdaqları da təqdim edilib: «Həqiqətən Fatimə (s.ə) – mənim bədənimin bir parçasıdır. O, mənim gözümün nuru və qəlbimin meyvəsidir. Onu qəmləndirən – məni də qəmləndirir və onu şad edən – məni də şad edir. O, mənim Əhli-Beytimdən (ə) mənə qovuşan ilk şəxsdir».

Gördüyümüz kimi, Həzrət Fatimənin (s.ə) sevinci və kədəri bu cür dəqiq İlahi çalara malikdir. Məsimlarımız (ə) – İlahi rəngə boyanan, fəqət Allahın razılığını düşünən mübarək insanlardır. Və onların sevinci və kədəri də məhz bu bünövrə üzərindədir.

“Əl-İrşad”da rəvayət olunub ki, Həzrət İmam Musa Kazim (ə) çox dua edər və buyurardı: «Allahım, Səndən ölüm zamanı rahatlıq və hesab aparılarkən əfv və bəxşiş diləyirəm».

O, bu cümləni təkrar edərdi. O Həzrətin (ə) dualarından biri belə idi: «Sənin bəndənin günahı böyük, Sənin tərəfindən olan əfv və bağışlama isə gözəldir».

O Həzrət, Allahın qorxusundan elə ağlayardı ki, saqqalı göz yaşından islanardı. Ailə və qohumlarına o Həzrətdən (ə) çox qayğı göstərən yox idi.

Axşamlar Mədininin yoxsullarına baş çəkər, özü ilə dirhəm, dinar, un və xurma dolu zənbil aparar və onların qapılarının ağzına qoyardı. Onlar həmin pul və malların kimin tərəfindən olmasını başa düşməzdilər.

Bəli, bu yolla gedən, bu cür münacat edən möminlər – Əhli-Beytin (ə) həqiqi ardıcıllarından sayıla bilər.

İmam Sadiqdən (ə) nəql edilən hədisdə isə möminin axirət şadlığı üçün, əməlin kəmiyyətinə deyil, keyfiyyətinə diqqət yetirmək tövsiyə edilir: «Heç vaxt yaxşı əməli kiçik sayma. Çünki sabah (Qiyamət günü) sən onu görəcəksən və o, səni şad edəcək».

İmam Əlinin (ə) buyurduğu mübarək kəlamda isə, digər insanın qəlbini şad etməyin aqibətə olan təsirindən danışılır: «And olsun bütün avazları eşidən kəsə, bir qəlbi şadlandıran elə bir şəxs olmayıb ki, Allah Təala o şadlıqdan bir lütf yaratmasın. Həmin şəxs bir çətinliyə, müsibətə düşəndə bu lütf üzüaşağı axan su kimi müsibətin üzərinə axar və qərib dəvə sürüdən qovulduğu kimi, o müsibəti ondan uzaqlaşdırar».

Digər hədisdə isə yenə də möminin qəlbini sevindirməyin böyük nəticələrindən nəql edilir.

İmam Sadiq (ə) buyurub: «Sizlərdən hər hansı biriniz bir mömini sevindiribsə, yalnız onu sevindirdiyini fikirləşməsin. Əslində, Allaha and olsun ki, bizi sevindirmişdir. Allaha and olsun, Allahın Rəsulunu (s) sevindirmişdir».

Bəli, Məsumları (ə) sevindirən - əslində Uca Allahın Özünü sevindirmişdir. Allahın Peyğəmbəri (s) bu barədə buyurmuşdur: «Kim bir mömini sevindirsə, məni sevindirmişdir. Kim məni sevindirsə, Allahı sevindirmişdir».



/Deyerler.org/
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031