Mömini sevindirməyin savabı
Mьəllif: admin1
Tarix: 6-08-2016, 22:51
Mömini sevindirməyin savabı
Şad olmaq fitridir. Daima qəmli və hüznlü olmaq da bəyənilməzdir. Bəzi sufi məsləkli təfsirlər Quran ayələri və hədisləri elə səhv təvil edib yozurlar ki güya mömin qəm-qüssə içində olmalı və şənlik etməməlidir. Hədislərə görə möminlərin qəlbinə sevonc daxil etmək savabdır.

Bu onlarla münasib zarafat edib onları dünyanın qəm-qüssəsindən uzaq tutmağa və onların həyatındakı problemləri həll etməklə onlara sevinc bəxş etməyə və sair mənəvi təkamülə yol açan sevindirici addımlara şamildir.

İnsan adətən həyatında olan bəzi problemlərin aradan qaldırılması ilə sevinir. Bunlar məişətin vacib və zəruri mərhələlərinə aid ola bilər. Buna görə möminə digər mömin qardaşına yardım edib onu sevindirmək əmr olunur.

İmam Kazım (ə) buyurur:


“Hər kəs mömini sevindirsə, əvvəl Allahı sonra Onun Peyğəmbərini, daha sonra isə bizi (Əhli-beyti) sevindirmişdir” (Biharul-ənvar 74/ 314)

Buna oxşa hədis Peyğəmbərdən də nəql edilib. Həzrət Peyğəmbər (s) buyurur:

“Hər kəs mömini sevindirərsə, məni sevindirmişdir, hər kim məni sevindirər, Allahı sevindirmiş olar”.

Bəs mömini sevindirməyin savabı nədir?

İmam Sadiq buyurub:

“Allah mömini qəbirdən qaldıranda onunla yanaşı bir timsal da qalxar və onun qarşısında hərəkət edər. Mömin hər zaman qiyamətin qorxulu vəziyyətlərindən birini müşahidə etdikdə o timsal deyər: Qışqırma və qorxma! Mömin ona deyər: Sən kimsən? Cavab verər: Mən həmin şadlığam ki sən mömin qardaşının qəlbinə bəxş etdin!”
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031