Ağac əkmək nə zaman sədəqə hesab olunur?
Mьəllif: admin1
Tarix: 14-03-2022, 22:24
Ağac əkmək nə zaman sədəqə hesab olunur?
Quranın nəzərinə görə ağac əkmək, abadlıq işləri görmək, təbiəti təmiz saxlamaq o əməllərdəndir ki, əcri vardır.

O müsəlman ki, ağac əkər və ya əkinçilik ilə məşğul olar, heyvanlar və ya insanlar ondan istifadə edərlərsə - o bitkilər sədəqə hesab olunar.

Ağac da Allahın nemətlərindən biridir. Bu nemət həm insanlara məhsul verər və həm də təbiəti gözəlləşdirib, Xaliqin qüdrətini nümayiş etdirər.

“İman gətirib yaxşı işlər görən şəxslərə müjdə ver ki, onlar üçün (evlərinin və ağaclarının) altından çaylar axan cənnətlər(və ya bağlar) vardır. Həmin bağlardan onlara ruzi olaraq bir meyvə verilən zaman deyərlər:

«Bu, əvvəldən (dünyada) bizim ruzimiz olmuş şeydir». Və onların yanına bütün meyvələr (gözəllik və lətafət baxımından) bir-birinə oxşar gətirilər”. (“Bəqərə” 25).

Həzrət Peyğəmbərdən (s) belə bir hədis vardır ki, buyurur: “Hər kim ağac əkər və onu qoruyar o zamana qədər ki, səmərə versin – Allah onun səmərəsi qədər ona mükafat verər”.

Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: “Hər müsəlman ki, ağac əkər və ya əkinçilik edər ki, ondan quşlar, heyvanlar və insanlar yeyərlər – bu iş onun üçün sədəqə hesab olunar”.

Ona görə də bu gündən hər birimiz özümüzü ağac əkməkdə məsul bilək və bu gözəl sünnəti təbliğ edib yayaq. Çünki bu yolla həm təbiəti qorumuş olarıq, həm də insanlara xeyir vermiş olarıq.

Yaşadığımız ərazidə əgər imkan varsa, heç olmasa bir ağac əkək və onun böyüməsi üçün əlimizdən gələni edək, çünki bu əməl öləndən sonra da belə, bizə fayda verəcəkdir.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930