Biz necə əmanətdarıq?
Mьəllif: admin1
Tarix: 5-05-2020, 09:24
Biz necə əmanətdarıq?

Görəsən biz yaxşı əmanətdarıqmı?

Hər birimiz bu dünyada varislərimiz üçün müəyyən bir şeyi irs qoyub gedirik: ev, maşın, torpaq, pul... Əgər bu meyarlarla əmanətdarlığımızı ölçəsi olsaq, cavabı tez taparıq.

Lakin əgər bir qədər geniş düşünsək və səmaya, torpağa, dənizə və meşələrə nəzər salsaq və hətta heyvanları da nəzərə alsaq, ölçmə meyarımız dəyişər.

Biz insanların həyatı evdən tutmuş küçəyə, parklara, meşələrə və yaşıl çöllərə qədər ətraf mühit hesab olunur. Bu ətraf mühit hamıya aiddir. İlahi əmanətdir ki, hər birimiz onu qorumalıyıq.

Ətraf mühit gələcək nəslin sərmayəsidir. Allah Təala bu təbiəti yaradıb və sonra da biz insanların ixtiyarına qoymuşdur ki, bizləri Öz qanunlarına uyğun olaraq imtahana çəksin.

Allah Təala görmək istəyir ki, insan bu qədər elm və biliyə malik olaraq İlahi əmanətə necə yiyə dura biləcəkdir?

Bu əmanətdən İlahi ibadət yolunda istifadə edəcəkdirmi? “Əlbəttə, Biz əməldə onlardan hansı birinin daha gözəl olmasını sınamaq üçün yer üzündə olanları onun zinət və bəzəyi etdik”. (“Kəhf” 7).

O zaman ki, bu nemətlər yaradılışın hədəfi yolunda qərar tutar, ondan ən yaxşı şəkildə bəhrələnsək, ifrat və təfrit etməsək, o zaman əmanətə sadiq olarıq. Çünki hər birimiz bu əmanətlərə görə bir gün Qiyamətdə cavab verəcəyik.

Əgər ətraf mühiti sağlam saxlasaq və çirkləndirməsək, torpağın, havanın, bitkilərin, heyvanların, dağların, səhraların haqqına riayət etsək, o zaman əmanətə sadiq olarıq.

Əgər Həzrət Peyğəmbərin (s) ətraf mühitlə bağlı rəftar və əməllərini özümüzə örnək qərar versək, həyatımızın hədəfini müəyyən etmiş olarıq.

Nəql edilir ki, Peyğəmbər (s) nə zaman əsgərləri müharibəyə göndərsə idi, onlara belə tövsiyə verərdi: “Çarəsiz qalmamış ağac kəsməyin”.

Həzrət (s) bu sözü ona görə deyirdi ki, ətraf mühitin qorunmasında ağacların nə qədər əhəmiyyətli olduğunu vurğylayırdı.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim ağac əksə, Allah onun məhsulu qədər ona savab yazar”.

Həzrət Peyğəmbərin (s) ətraf mühit ilə bağlı rəftarlarından birinə də Ühüd dağında rast gəlmək olar.

Həzrət (s) buyurmuşdu: “Bu Ühüd – o dağıdır ki, bizi sevir və biz də onu sevirik”.

Həzrətin (s) buyurduğu bu sözlər haqqında düşünən zaman görmək olur ki, bu söz ancaq Ühüd dağına aid deyildir. Bəlkə bütün dağlar bizim dostlarımızdır.

Biz də onların dostlarıyıq. Yəni, hər birimiz dağların mühitini qorumalı və orada olan mədənlərdən düzgün şəkildə istifadə etməliyik.

Əgər biz həqiqətən ətraf mühitin dostu olsaq, o zaman heç bir zaman onu xarab etməz və çirkləndirmərik. Əgər təbiəti öz dostumuz qərar versək o zaman onu gələcək nəslə hədiyyə edə bilərik. Bu İlahi hədiyyəni qorumaq üçün əlimizdən gələni edək.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031