Ayətullah Cavadi Amulinin Ayətullah Behcət haqqında xatirəsi
Mьəllif: admin1
Tarix: 6-03-2018, 22:09
Ayətullah Cavadi Amulinin Ayətullah Behcət haqqında xatirəsi
1989-cu ildə Ayətullah Cavadi Amuli öz təfsir dərslərinin birində buyurdu: “Biz çox vaxt Əllamə Təbatəbaiyə deyərdik: “Bizə əxlaq dərsi de”.

O, cavabında belə deyərdi: “Əxlaq deyiləsi yox, əməl ediləsidir və əxlaqa əməl etmək lazımdır. Sizin tanıdığınız bu Behcətin bütün həyatı, başqalarıyla get-gəli və onlara qarşı münasibəti bütünlüklə əxlaq dərsidir. Başqa fəqihlər kimi dərs deyər və digər pişnamazlar kimi camaat namazı qılar”.

Behcətin mənəviyyatla dolu camaat namazında bəzən onun həzin ağlamaq səsi bu mənəviyyatı birə on artırır. Hərdən Ayətullah Behcətin bu həzin səsi namaz qılanların ağlamaq səsinə qarışır.

Onun namazında iştirak edənlərin ruhu qanad açır və gözlər yaşla dolur. Ürəklər dolmuş buluda bənzəyir və göz yaşları səccadələrə tökülür. Çox vaxt onun camaat namazı qıldığı məsciddə namaz qılmaq üçün yer olmur.

Onun namazından feyz almaq üçün yaxından-uzaqdan gələnlərin çoxu məsciddə yer olmadığından oranı tərk etmək məcburiyyətində qalırlar.

Günlər içərisində cümə axşamları onun namazı başqa gecələrdən çox fərqli olur. Behcət “xiftən” namazının birinci rəkətində “Cümə” və ikinci rəkətində “Əla” surələrini oxuyur.

“Onlara de ki, sizin qaçdığınız ölüm mütləq sizi haqlayacaq və sonra isə zahir və qeybdən xəbərdar olanın hüzuruna aparılacaqsınız.

O vaxt sizə əməlləriniz barədə məlumat veriləcək.” və “Sonra orada nə ölərlər, nə də dirilərlər.” ayələrinə çatanda, ürəyi Allah eşqilə yanan arifin ağlamaq səsi ucalır. Namaz qılanların da ağlamaq səsi onun səsinə qarışaraq məscidə ruhani bir fəza bəxş edir.



Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930