Ayətullah Behcətin şəxsi həyatından deyilməmişlər
Mьəllif: admin1
Tarix: 17-05-2016, 07:51
Ayətullah Behcətin şəxsi həyatından deyilməmişlər
Ayətullah Behcətin xatirəsini yadetmə simpoziumu təşkil edilmişdir. Simpozium “Əməlisaleh dindar” adı altında tərtib edilmişdir.
Bu mərasimdə Ayətullah Behcətin ən yaxın şagirdlərindən olan Hüccətil-İslam Ruhi demişdir: “O, şübhəsiz ki, elə insanlardan idi ki, sözün əsil mənasında “bəndə” idi. Mən istəyirəm ki, onun bəndəliyi haqqında olduğu kimi danışam. Ayətullah Behcət tədris zamanı qapının yanında əyləşərdi. Soyuq və ya isti birinci ona əziyyət verərdi. Onun bu əməli İmam Sadiq (ə) əxlaqının davamı idi. Adətən hövzələrdə tədris sistemi bu cürdür ki, bir mövzu haqqında əvvəl başqalarının fikirləri söylənilər, sonra müəllim öz nəzərini bildirər. Ayətullah Behcət isə alimlərin adını çəkmədən hansısa bir alimin nəzərlərini söyləyərdi ki, tənqiddən sonra onun məqamı aşağı düşməsin. Sonra öz nəzərini elə bəyan edərdi ki, guya öz fikri deyildir. Mən bir dəfə olsun belə eşitməmişdim ki, o, desin ki, “mən filan işi görmüşəm”. Ancaq yadımdadır ki, bir dəfə söyləmişdi: “Naini ağa elə bir insan idi ki, elmdə, təqva və ürfanda üstün idi və mən onun arxasında namaz qılırdım”. Bu zaman o, qəflətən özünə gəldi və üzünü örtüb mövzunu dəyişdi.
Bəzi insanlar ki, sonradan iqtisadi xətalara görə məhkum edilmişdilər, işlərinin yaxşı vaxtında Ayətullah Behcətin yanına gəlirdilər. Ayətullah Behcət onları görəndə deyərdi: “Yaxşı və pis işlərinizə görə tövbə edin”. Onun kitabını dərc etmək istəyəndə oğlu istixarə yolu ilə qərara alır ki, kitabda Ayətullah Behcətin adını yazsın. Ancaq o, bu məsələni öyrənəndən sonra oğlu ilə razılaşmır. O, “Fatimiyyə” məscidini öz ibadət yerinə çevirmişdi. Mərcə olmasına baxmayaraq, ona təklif edilən böyük məscidlərdə namaz qılmaq təklifini qəbul etmir. O, nəsihət və ya tənqid etmək istəyəndə heç vaxt deməzdi ki, “filan işi gör və ya görmə”. Bu mövzuya bənzər bir hadisəni danışaraq, qarşı tərəfə öz fikrini çatdırmağa çalışırdı. Ayətullah Behcət heç kimin haqqında pis danışmazdı. Bu, bizim üçün onu itirəndən sonra da Allaha yaxınlaşmaq üçün yaxşı bir dərsdir”.
/Deyerler.org/
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031