“Onun əzəməti qarşısında özümü saman çöpü kimi hiss elədim" - Məhəmməd Əli
Mьəllif: admin1
Tarix: 9-02-2018, 21:49
“Onun əzəməti qarşısında özümü saman çöpü kimi hiss elədim" - Məhəmməd Əli
Əfsanəvi boksçu Məhəmməd Əli 1994-ci ildə İmam Rza (ə) ziyarət etmək üçün İrana səfər edir.

O səfər əsnasında “Xorasan” İdman Qəzetinə verdiyi müsahibədə öz xatirəsini belə anladır:

“Mərhum İmam Xomeyninin məqbərəsinin ziyarəti zamanı çoxlu izdiham, həm də xüsusi gözəl mənəvi ab-hava var idi. İnsanlar “Amerikaya ölüm” şüarı səsləndirirdilər. Mən onlara dedim:

Siz Klintona ölüm deyin! Nəyinki Amerikaya!

Bilirsinizmi? Təxminən 10 il öncə olardı, artıq İslam İnqilabı qələbə çalmışdı. Mən İmam Xomeyninin şəkilini Livan televiziya verilişlərinin birində gördüm.

Onun üzündə əzəmət var idi. O zaman elə bir hiss yaşadım: Mən dünyanın ən güclu adamıyam.

Özümə heç bir rəqib görmürəm! Amma onda olan bu əzəməti hiss etdiyimdə, özümü böyük bir dağ qarşısında saman çöpü kimi hiss etdim!”.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930