Sələm yemək – sanki Allahla müharibə etməkdir
Mьəllif: admin1
Tarix: 1-02-2023, 11:32
Sələm yemək – sanki Allahla müharibə etməkdir
Quran və hədislərimizn nəzərinə görə sələm yemək – sanki Uca Allahla müharibə etməkdir.

“Və əgər belə etməsəniz (və sələmçiliyi davam etdirsəniz), onda Allah və Onun peyğəmbəri tərəfindən olan müharibəyə yəqin edin (yəqin bilin ki, belə bir müharibə sizə üz tutacaqdır, haqq hökümət və ya partlayış həddinə çatmış cəmiyyət onu sizdən geri alacaqdır). Tövbə etsəniz isə, sərmayələriniz özünüzündür (aldığınız faizi geri qaytarın ki, belə olan surətdə) nə zülm edərsiniz, nə də zülmə məruz qalarsınız”. (“Bəqərə” 279).

Əmirəl-möminin (ə) buyurur: “Hər kim sələm yeyər, Allah onun qarnını cəhənnəm atəşi ilə doldurar. Əgər Allah yolunda infaq edərsə, Allah qəbul etməz. Həmçinin sələm yeyən insan həmişə Allahın və mələklərin lənətində olar”.

Qurani-Kərimin başqa ayəsində buyurulur: “Ey iman gətirənlər, Allahdan qorxun və əgər imanınız varsa, sələmin qalanından (sərmayədən artıq aldığınız miqdardan) əl çəkin”. (“Bəqərə” 278).

“Təfsiri Məcməul-bəyan” və “Əl-mizan” nəql edir ki, nə zaman sələmin haram olması ayələri nazil oldu səhabələrdən bəzilərinin, başqalarına verdikləri sələm malları var idi.

Ona görə də Peyğəmbərin (s) yanına gəlir və təkliflərini müəyyən etmək istəyirlər. Yuxarıdakı ayə nazil olur və Həzrət Peyğəmbər (s) bu ayədən sonra buyurur: “Mənim əmim Abbas da gərək sələmi tələb etməsin. Hamıdan əvvəl qohumlarım sələmdən əl çəkməlidirlər”.

Həzrət (s) xütbəsində buyurur: “Cahiliyyət dövründə müəyyən olan bütün sələmləri ayağımın altına atıram və hamısından da çox Abbasın sələmlərini”.

Bu ayələrdən çıxartdığımız nəticələr:

1. Sələm cahiliyyət dövrünün adətlərindən olmuşdur ki, müsəlmanlar da bir müddət ona əməl edirdilər.

2. Təqva imanın ən yüksək səviyyəsidir.

3. Hər kim sələm yeyər, Allah və Rəsulu (s) ilə müharibəyə qalxar.

4. Sələm yeyən malından bəhrə aparmaz.

5. İman və təvqa tələb edir ki, insan haram maldan əl çəksin.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930