Sələm yeyənin qarnını Allah odla doldurar
Mьəllif: admin1
Tarix: 6-01-2017, 20:46
Sələm yeyənin qarnını Allah odla doldurar

Həzrət Peyğəmbər (s) buyurur: “O kəs ki, sələm yeyər, həmin yediyi qədər Allah qarnını atəşlə doldurar. Əgər sələmdən mal əldə edərsə, onun heç bir həsənə əməli qəbul olunmaz. ...”.
Sələm yemək elə günahlardandır ki, şirkdən sonra ən böyük günah hesab olunur. Sələmin ziyanları ilə Qurani-Kərimin nəzərində tanış olaq:

1. Sələm yemək Allaha, Peyğəmbərə (s) və Qiyamətə iman bəsləməklə uyğun gəlmir. “Ey iman gətirənlər, artıq və bir neçə qat gəlir olan sələmi yeməyin və Allahdan qorxun, bəlkə nicat tapasınız”. (“Ali-İmran” 130).

2. O kəs ki, sələm yeyər, dünya və axirətdəki rahatlığına ümid bəsləməsin. Sələm yeyən kafirlər kimi atəşə düçar olacaqlar. “(Sələm yeməyə) qayıdan kəslər isə cəhənnəm əhlidirlər və orada əbədi qalacaqlar”. (“Bəqərə” 275).

3. Sələm yemək zülmdür və təsiri hər iki dünyada insanın ətəyindən yapışar.

4. Sələm yemək Allahın nifrət etdiyi əməl, İlahi rəhmətdən uzaq olmaq amilidir. Çünki Allahın nemətindən sui-istifadə etmişdir. “Allah sələmi məhv edir (sələmlə qazanılmış malın bərəkətini aradan aparır)”. (“Bəqərə” 276).

5. Allah və Rəsulu (s) sələm yeməyə görə müharibə elan etmişdilər və o kəs ki, Allah və Rəsulu (s) ilə vuruşar, əbədi olaraq məğlub olar. “Və əgər belə etməsəniz (və sələmçiliyi davam etdirsəniz), onda Allah və Onun peyğəmbəri tərəfindən olan müharibəyə yəqin edin”. (“Bəqərə” 279).

Məsumlardan (ə) nəql edilir: “Allah sələmi ona görə haram etmişdir ki, insanların malının məhv olmasına səbəb olur”.

Həmçinin buyurulur: “Əgər sələm halal olasaydı, insanlar ticarəti və hər bir lazımlı işi tərk edərdilər”.

“Allah sələmi ona görə haram etmişdir ki, insanlar yaxşı iş görməkdə bir-birinə imtina etməsinlər”.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930