İblisin (lən) hakim olduğu bazar
Mьəllif: admin1
Tarix: 24-01-2018, 21:18
İblisin (lən) hakim olduğu bazar
İmam Baqir (ə) buyurur: “Yer üzündə ən pis məkan – bazarlardır. (Çünki) bazar – şeytanın meydanıdır. Səhərin əvvəlində bayrağını orada nəsb edər və taxtını qurar. Uşaqlarını hər tərəfə yayar. Tərəzidə az satan insana tərəf və ya tərəzisini yüngül edənə tərəf, ya o kəsə tərəf ki, uzunluğu ölçməkdə oğurluq edir, ya o kəsə tərəf ki, malını satmaq üçün yalan deyir. O, (şeytan) övladlarına deyər: “Atası (Həzrət Adəm) ölmüş insanları aldadın, o halda ki, sizin atanız (İblis) hələ sağdır”.

İblis bazara gələn ilk insanla daxil olar və bazarı tərk edən son insanla geri qayıdar”.

Əlbəttə, İmamın (ə) bu buyuruşları halala riayət olunmayan bazarlara aiddir.

Həzrət Peyğəmbər (s) bazar haqqında buyurur: “Bazar – xəbərsizlik və qəflət sarayıdır. Hər kim bazarda bir təsbih deyər, Allah onun üçün min-min savab yazar”.

Bazar özü-özlüyündə pis məkan deyildir. İnsanların əməl və rəftarları onu pis yerə çevirmişdir.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930