Həzrət Əli (ə): “And içmək alveri canlandırar, amma bərəkəti aparar”
Mьəllif: admin1
Tarix: 4-01-2023, 11:23
Həzrət Əli (ə): “And içmək alveri canlandırar, amma bərəkəti aparar”
Həzrət Məhəmməd (s) buyurub: “Bazar bixəbərlik və qəflət sarayıdır. Kim bazarda bir təsbih desə, Allah-taala ona min-min savab yazar.”[1]

İmam Əli (ə) Haris Həmdaniyə yazdığı məktubda qeyd edir. “Bazarların yığıncaq yerlərindən çəkin ki, ora şeytanların toplandığı meydan, fitnə və azğınlıqların yarandığı yerdir.”[2]

İmam Baqir (ə) buyurub: “Yer üzünün ən pis yerləri bazarlardır. Bazar şeytanın meydanıdır, sübh tezdən öz bayrağını orada sancıb taxtını qurar və övladlarını hər tərəfə peymanələri (mayelərin ölçü qabı) az verənlərə, ya tərəzini yüngül çəkənlərə və metrədə oğurluq edənlərə, ya malını satmaq üçün yalana əl atana tərəf göndərər. O, öz övladlarına deyər: “Sizin atanız (iblis) hələ sağ olduğu bir halda atası (Həzrəti Adəm) ölmüş kişini aldatmağı sizə tövsiyyə edirəm.” İblis bazara girən birinci şəxslə daxil olar və bazarı tərk edən axırıncı şəxs ilə oradan çıxar.”[3]

İmam Əlinin(ə) bazar əhlinə nəsihəti

Əbu Səid nəql edir: “Həzrət İmam Əli (ə) bazara daxil olub buyurardı: “Ey bazar əhli! Allahdan qorxun və and içməkdən çəkinin. Çünki and içmək alveri canlandırar, amma bərəkəti aparar. Həqiqətən, qazanc əldə edən və tacir öz ticarətində haqqa riayət etməyincə günahkardır. Vəssəlam!” Sonra gedər və bir neçə gündən sonra yenidən gəlib belə sözlər buyurardı.”[4]
________________

[1] Kənzul-Ummal, hədis 9330

[2] Nəhcül-Bəlağə, məktub 69

[3] Biharul-Ənvar, c.84,səh. 11 , hədis 87

[4] Biharul-Ənvar, c.103,səh. 102 , hədis 44


www.ahliman.info
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930