Behiştə aparan müstəhəb əməllər və insanın boynunda olan vacibatlar
Mьəllif: admin1
Tarix: 1-02-2021, 20:49
Behiştə aparan müstəhəb əməllər və insanın boynunda olan vacibatlar
Hədisləri oxuyan zaman bəzən elələlərinə rast gəlirik ki, deyir: “Behişt bu əməl üçün vacibdir”.

Misal üçün İmam Rza (ə) Həzrət Məsuməni (s.ə) ziyarət etmək barəsində buyurur: “Hər kim Qumda bacımın qəbrini ziyarət edər – behişt ona vacib olar”.

Və ya İmam Sadiq (ə) Cəfər ibni Əfana buyurur: “Əgər kimsə İmam Hüseyn (ə) üçün şeir qoşar və ağlayar və ya ağladar – o halda olar ki, Allah behişti ona vacib edər və günahlarını bağışlayar”.

Bu zaman belə bir sual meydana gəlir ki, bəs şəxsin boynunda haqqun-nas olsa necə, yenə də behişt vacib olar?

Bu sualın cavabında gərək deyək ki, heç bir müstəhəb əməl vacib əməlin yerini ala bilməz. Əgər səhərdən axşama qədər əza məclisində olsaq, ancaq sübh namazını qəza etsək, birincisi o əza məclisindən bəhrə aparmamış olarıq, ikincisi isə heç bir müstəhəb əməl namazın yerini ala bilməz.

Ona görə də baxmayaraq ki, İmam Hüseyn (ə) əzadarlığı üçün saysız-hesabsız savab vəd olunsa da, bu savablar vacibatları yerinə yetirməklə şərtlənər. Yəni, bunu yerinə yetirən imanlılara şamil olunur.

O kəs behişt əhli olar ki, imanı və saleh əməli olar. Tarixdə çox sayda insanlara rast gəlmək olur ki, behiştlik olmaq üçün çoxlu əməllər yerinə yetiriblər, ancaq ömürlərinin sonunda cəhənnəmlik olublar. Əksi də baş veribdir.

Bu səbəbdən deməliyik ki, mömin gərək Allahın qoyduğu vacibatları unutmasın və onları vaxtında yerinə yetirsin. Eyni zamanda müstəhəb əməlləri də yerinə yetirsin ki, behiştdəki məqamını qaldıra bilsin.

O zamana qədər ki, sağdır və nəfəs alır – onun boynunda vəzifələri vardır. Behiştə can atan hər bir kəs gərək bu həqiqəti unutmasın.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930