Behişti əldə etmək üçün, sadəcə bunu səmimi istəmək lazımdır
Mьəllif: admin1
Tarix: 5-11-2021, 21:28
Behişti əldə etmək üçün, sadəcə bunu səmimi istəmək lazımdır
Ustad Ənsarian behişti necə əldə etməklə bağlı buyurur: “Çox asan əməllər yerinə yetirməklə behiştə getmək olar.

Qadir Allah taqətimizdən xaric təklifi bizə vacib buyurmamışdır.

Bizlərə behişti əldə etmək üçün çox asan əməllər buyurmuşdur.

Misal üçün, 24 saat ərzində bizə cəmi 17 rükət namazı vacib buyurmuşdur ki, bu da bizim gün ərzində cəmi yarım saatımızı alar.

Ona görə də cavan deyə bilməz ki, bu yarım saata hövsələm yoxdur.

Necə ola bilər ki, əziz cavan futbola baxmaq istəyir, hövsələsi olur və saatlarla ona baxmağa razıdır və ya günəşin şüası altında əyləşib həmin futbola canlı tamaşa etməyə hazırdır, ancaq yarım saatı Allah üçün ayırmağa taqəti yoxdur?

Mirvarid ağa çox görkəmli və müdrik alimlərdən olmuşdur. Çox dindar və ehtiyat əhli idi.

O, Əllamə Əmini barəsində nəql edir ki, Məşhədə ziyarət üçün gələn alim düşünür ki, İmama (ə) nə hədiyyə etsə, yaxşı olar.

Gərək İmama (ə) elə hədiyyə versin ki, onu şad etsin. Ona görə də namaz qılıb, hədiyyə etməyi qərara alır.

O, Məşhəddə qaldığı müddətdə 4 min rükət namaz qılıb, İmama (ə) hədiyyə edir.

O kəsin ki, behiştə inancı vardır, hər an çalışır ki, onu əldə etmək üçün səy göstərsin və cəhənnəmdən uzaq olsun.

Mərhum Ayətullah Birucerdi 88 yaşına qədər bütün oruclarını tutmuşdu, fasilə verməmişdi.

Ona görə də 20 yaşlı cavan üçün nahar yeməyib oruc tutmaq və namaz qılmaq da çətin olmaz.

O kəsin ki, behiştə və cəhənnəmə inamı vardır, İlahi təklifi yerinə yetirmək onun üçün çətin olmaz”.

Yəni, insan səmimi qəlbdən behişt əldə etmək istəsə, asan yolla buna nail ola bilər.

Çox vaxt insan sadəcə iddia edir, amma əslində dünyaya bağlıdır, behişt onun üçün konkret və real hədəf kimi görünmür.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930