Müsəlman və imanlı olmaq arasındakı fərq - İmam Rza (ə) bəyanında
Mьəllif: admin1
Tarix: 9-01-2018, 22:33
Müsəlman və imanlı olmaq arasındakı fərq - İmam Rza (ə) bəyanında
İslamı, Allahın bəşər üçün göndərdiyi sonuncu dini qəbul etmək bütün bəşərə vacibdir. Hər bir ulul-əzm peyğəmbər Allah tərəfindən gətirdiyi şəriət ümumdünyəvidir və özüdən qabaqkının kamilləşdirilmiş formasıdır.

Bəli dinin birinci şərti və ilkin forması onu ümümi şəkildə Haqqdan bir buyruq olaraq qəbul etməkdir. Sonrakı mərhələ isə o dini yaşamaq, həyatına tətbiq etməkdir.

Amma çoxları bu fərqə varmadan bütövlükdə müsəlman və ya mömini ayırmadan hər kəsi eyni gözdə görür, dini yaşamayan bir müsəlmanın səhvlərinə görə İslama və cəm müsəlmanlara dil uzadır.

Halbuki Allah Təala Quranda müsəlmanı mömindən ayırmış, onların arasındakı fərqə diqqət çəkmişdir:

“Bədəvi ərəblər: 'Biz iman gətirdik!' – dedilər. (Ya Peyğəmbər! Onlara) de: 'Siz (qəlbən) iman gətirmədiniz! Ancaq: 'Biz islamı (müəyyən şəxsi məqsəd, mənfəət naminə) qəbul etdik!' – deyin. Hələ iman sizin qəlblərinizə daxil olmamışdır.”

İnsan ilk olaraq dinə üz tutur, onu qəbul edir, sonra tədricən bu yolda təkmilləşərək dinin bütün höküm və tələblərinə vaqif olur. Öyrəndikcə öz həyatını bu dinin tələbləri üzərində qurur və dini yaşamağa başlayır. Bundan sonra o müsəlman mənəviyyat pillələrini (dərəcələrini) bir-bir geridə qoyaraq ucalır və zəngin mənəviyyat əldə edir. Beləcə insanlar arasında mənəvi və əxlaqi dəyərlər fərqi yaranır. Hər bir insanın üstünlüyü və dəyərinin meyarı Allaha “yaxınlığı” qədərdir:

“Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız (kimliyinizi biləsiniz) deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır (pis əməllərdən ən çox çəkinəniniz, imanlı olnınızdır). (Hucurat- 13)

İmam Rza (ə) insanın doğru yola istiqamət tapmasını, bu yola daxil olub pillə-pillə, dərəcə-dərəcə böyüməsini gözəl şəkildə belə vəsf edir:

“İslam birinci yoldur

İman İslamdan bir dərəcə üstündür

İmandan bir dərəcə üstün təqvadır (şübhəlilərdən çəkinmək)

Təqvadan üstün dərəcə yəqin dərəcəsidir. Yəqin dərəcəsi insanlar arasında ən az tapılan bir şeydir (nadir dəyərdir).” (Kafi-5. Səh-25)

Göründüyü kimi həm Quran, nəm də hədislər müsəlman olmağı yaxşı biri olmağın meyarı hesab etmirlər. Əksinə üstünlüyü İslama qədəm qoyaraq bu yolda mənəviyyat mərtəbələrini bir-bir qət etməkdə görürlər.



Yaşar Nuriyev
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031